Ölkə futbolu
"Qəbələ"də ayrılıq
“Qəbələ” İdman Klubunun tibbi personalında kadr dəyi…
“Qəbələ” İdman Klubunun tibbi personalında kadr dəyişikliyi baş verib. Futbolinfo.az xəbər verir ki, futbol komandasının həkim-fizioterapevti Rahim Məhərrəmov klubdan ayrılıb.
Buna 2013-cü ilin yayından “qırmızı-qaralar”da çalışan həkimin ailə vəziyyəti səbəb olub. Paytaxt Bakıda yaşamaq zərurəti yaranan Məhərrəmov klubdan ayrılmağa məcbur olub.
O, klub saytına açıqlamasında buna təəssüfləndiyini bildirib: “Qəbələ”də 2 əla il keçirdim. Burada hər şey yaxşı idi. Lakin təəssüf ki, indi klubdan ayrılmaq məcburiyyətindəyəm. “Qəbələ”də olduğum müddətdə dəstəyə görə klub rəhbərliyinə, burada çalışan hər kəsə təşəkkür edirəm. Komandaya qarşıdakı yarışlarda uğurlar arzulayıram”.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”