Dünya futbolu
Droqba Kaka ilə oynamaqdan imtina etdi
Kotdivuarlı futbolçu Didiyer Droqbaya ABŞ-ın "Orla…
Kotdivuarlı futbolçu Didiyer Droqbaya ABŞ-ın "Orlando Siti” klubundan 2 illik müqavilə təklifi gəlib. Futbolinfo.az xəbər verir ki, yenicə “Çelsi”dən ayrılan futbolçu floridalılara rədd cavabı verib.
İtaliya mətbuatının verdiyi məlumata görə, Droqba “Orlando Siti”nin təklifindən imtina edərək başqa təkliflərə baxacaq. Əlavə olaraq bildirək ki, hazırda braziliyalı məşhur futbolçu Kaka da Florida təmsilçisində çıxış edir.
Qeyd edək ki, Droqba bir müddət əvvəl İngiltərədə bir daha oynamayacağını və ABŞ-dan gələn təkliflərdən birinə müsbət cavab verəcəyini bildirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub