Ölkə futbolu
"Qəbələ" vətənə yeni transferlə qayıdır
Qazaxıstan "Aktobe"sinin hücumçusu Aleksey Anto…
Qazaxıstan "Aktobe"sinin hücumçusu Aleksey Antonov növbəti 2 mövsümdə "Qəbələ"nin uğurları üçün tər tökəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə ukraynalı menecer Vadim Şabliy öz facebook səhifəsində məlumat yayıb.
Peşəkar karyerasını "Dnepr-2" komandasında başlayan forvard, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk üçün yad sima deyil. Belə ki, 17 oyunda 9 qola imza atdığı "Aktobe"yə üz tutmamışdan öncə, o, həmyerlisinin rəhbərliyi altında Odessa "Çernomorets"inin şərəfini qoruyub.
Ukraynanın U-17, U-19 və U-21 komandalarının formasını geyinən Antonov, əsas milliyə də cəlb olunub. Yeniyetmə və gənclərdən ibarət yığmalarda 24 dəfə forma geyinmək şansı qazanan forvard, 13 qola imza atıb. Əsas yığmaya yalnız 2 yoxlama görüşündə cəlb olunan 29 yaşlı hücumçu qol hesabını aça bilməyib.
Qeyd edək ki, "Qəbələ" bu gecə vətənə qayıdır. Gördüyümüz kimi, əlidolu.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO