Ölkə futbolu
Sabiq "İnter"li axtarışda
Ötən mövsümün sonunda Bakı “İnter”i…
Ötən mövsümün sonunda Bakı “İnter”indən ayrılan futbolçulardan biri də Ruben Şaken idi. Futbolinfo.az xəbər verir ki, hollandiyalı ölkəsinin mətbuatına açıqlama verib.
Şaken hazırda formada olduğunu və yenidən Hollandiya elitasında çıxış etmək istədiyini bildirib. O, xaricdən gələcək təklifləri də dəyərləndirə biləcəyini də sözlərinə əlavə edib:
“2 oğlum “Herenven”in futbol akademiyasına qəbul olub. Buna görə fəxr edirəm və onlardan uzaq olmaq istəmirəm. Fikrimcə, Hollandiya çempionatında çıxış edən klublar üçün faydalı ola bilərəm. Bakı gözəl şəhərdi və bu gözəlliyi görmək mənim üçün xoş idi. Buna baxmayaraq, yenə də ailəm mənim üçün daha dəyərlidi. Amma xaricdən başqa cəzbedici təklif gəlsə, düşünə bilərəm".
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi ötən mövsümün qış fasiləsində ölkəsinin "Feyenoord" klubundan "İnter"ə keçmişdi. Afrika əsilli oyunçu bu müddətdə paytat təmsilçisinin heyətində 4 qarşılaşmada iştirak edə bilmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub