Dünya futbolu
Türklərin Eto'O məyusluğu
Uzun müddətdi ki, kamerunlu məşhur futbolçu Samuel Eto&…
Uzun müddətdi ki, kamerunlu məşhur futbolçu Samuel Eto'Onu transfer etmək istəyən “Antalyaspor” bu istəyinə nail ola bilməyib. Futbolinfo.az xəbər verir ki, keçidi rəsmiləşdirmək üçün bir neçə gündü ki, İtaliyada olan klub rəhbərliyinin istəyi baş tutmayıb.
Hətta hücumçunun adı yazılmış “Antalyaspor”un 9 nömrəli forması da İtaliyaya aparılmışdı. 34 yaşlı afrikalı ötəngecə özəl təyyarə ilə Antalyaya gəlməli idi. Onu hava limanında jurnalistlər və yerli azarkeşlər gözləyirdi. Lakin maliyyə məsələlərində anlaşan tərəflər, bəzi detallarda razılığa gələ bilməyiblər. Buna görə də türklər Eto`O transferindən müvəqqəti olaraq vaz keçərək, məyus şəkildə vətənə qayıdıblar.
Qeyd edək ki, forvardın son iş yeri İtaliyanın “Sampdoriya” klubu olub. O, vaxtilə “Barselona”, “İnter” və “Çelsi” kimi nəhəng klubların da şərəfini qoruyub.