Ölkə futbolu
Millimizdən daha bir məğlubiyyət
Bakı-2015 I Avropa Oyunlarında çimərlik futbolu üzrə q…
Bakı-2015 I Avropa Oyunlarında çimərlik futbolu üzrə qarşılaşmalar davam edir. Futbolinfo.az xəbər verir ki, yarışda ötən gün yarımfinal oyunları keçirilib və bundan sonra finalçılar müəyyənləşib.
Əvvəlcə 5-8-ci yerlər uğrunda yarışlar keçirilib. Qrupda keçirdiyi bütün görüşlərdə uduzan Azərbaycan millisi bu dəfə İspaniya ilə üz-üzə gəlib. Bu bu matçı da məğlubiyyətlə başa vuran seçməmiz bu gün 7-ci yer uğrunda mübarizə aparacaq. Komandamızın rəqibi Macarıstandı.
Macarlara 4:2 hesabı ilə üstələyən Ukrayna yığması isə bu gün 5-ci yer uğrunda ispanlarla üz-üzə gələcək.
Həlledici mərhələ uğrunda mübarizədə İtaliya İsveçrə, Portuqaliya isə Rusiya ilə üz-üzə gəlib. İtalyanlar 7:4, ruslar isə 2:1 hesabı ilə qələbə qazanaraq, finala vəsiqə əldə ediblər.
Çimərlik futbolu
27 iyun
27 iyun
5-8-ci yerlər uğrunda
Ukrayna – Macarıstan – 4:2
İspaniya – Azərbaycan – 3:1
Yarımfinal
İtaliya – İsveçrə – 7:4
Portuqaliya – Rusiya – 1:2
İtaliya – İsveçrə – 7:4
Portuqaliya – Rusiya – 1:2