Dünya futbolu
“Milan” Braziliya milisinin üzvünü alır
“Milan” klubu Donetsk “Şaxtyor”unun braziliya…
“Milan” klubu Donetsk “Şaxtyor”unun braziliyalı hücumçusu Luis Adrianonu transfer edir. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbədən verilən məlumata görə, “rossoniyerlər” 31 dekabrda donetskilərlə müqaviləsi başa çatan futbolçu üçün danışıqlar aparır. Həmkarlarımız braziliyalının “Milan”a keçmə ehtimalının yüksək olduğunu bildirir.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2007-ci ildən Ukrayna nəhəngində çıxış edir. O, 2014-cü ildən Braziliya millisində də çıxış edir.