Ölkə futbolu
Təbrizlilər erməni futbolçunu göndərdi
Ötən mövsüm İran çempionatını gümü…
Ötən mövsüm İran çempionatını gümüş medalla bitirən "Traktor Sazi"da ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, Təbriz təmsilçisinin erməni əsilli futbolçusu Andranik Teymuryanı klubdan göndərilib.
Artıq 32 yaşlı yarımmüdafiəçinin yeni komandası da bəlli olub. O, türkiyəli mütəxəssis Bülənt Uyğun çalışdırdığı "Umm Salal"la (Qətər) anlaşıb.
Qeyd edək ki, Teymuryan 2010-cu ildə İngiltərə "Fulhem"indən "Traktor Sazi"yə keçmişdi. Daha sonra Tehranın "İstiqlal" klubunda çıxış edən dayaq yarımmüdafiəçisi bu ilin yanvarında yenidən "Traktor Sazi"yə qayıdıb. Oyunçu arxada qalan mövsüm İran çempionatının son turunda "Naft Tehran"la görüşün 64-cü dəqiqəsində qırmızı vərəqə alaraq, komandasını azlıqda qoymuşu. Bundan sonra qapısında iki top görən təbrizlilər görüşdən 1 xalla ayrılmış və çempionluq şansını əldən vermişdi.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO