Müsahibə
Damyanoviç: "Bu oyunda bütün diqqətimizi müdafiəyə yönəltmişdik"
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk o…
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” doğma meydanda Çernoqoriya təmsilçisi “Rudar”la 0:0 hesablı bərabərə qalıb.
Oyundan sonra saytımıza açıqlama verən "Rudar"ın müdafiəçisi Deyan Damyanoviç oyunu belə şərh etdi:
– "Qarabağ"la ilk oyunda səfərdə qolsuz bərabərə qaldınız. Nəticə sizi qane etdi?
– Əlbəttə. Yaxşı nəticə qazandıq. Çünki qarşımızdakı güclü rəqib idi. Oyundan öncə qarabağın videolarını izləmişik. Hətta "Qarabağ"a "Qafqazın "Barselona"sı" deyildiyini də bilirik. Düşünürəm ki, Çernoqoriyadakı oyun öncəsi yaxşı nəticə qazandıq.

– Bu gün daha çox müdafiə olundunuz…
– Bəli, müdafiədə yaxşı oynadıq. "Qarabağ" topu yaxşı yaxlayırdı və hücumlar qururdu. Biz də yaxşı müdafiə olunduq. Bu oyunda bütün diqqətimizi müdafiəyə yönəltmişdik.
– Bəli, müdafiədə yaxşı oynadıq. "Qarabağ" topu yaxşı yaxlayırdı və hücumlar qururdu. Biz də yaxşı müdafiə olunduq. Bu oyunda bütün diqqətimizi müdafiəyə yönəltmişdik.
– Belə çıxır ki, ancaq heç-heçə üçün gəlmişdiniz və qələbə haqda düşünmürdünüz…
– Belə deməzdim. Biz hər oyun yaxşı oynayıb, qol vurmaq istəyirik. Ancaq rəqibə də hörmət etmək lazımdı. Açığı, bu oyunda daha çox heç-heçə haqda düşünürdük.
– Belə deməzdim. Biz hər oyun yaxşı oynayıb, qol vurmaq istəyirik. Ancaq rəqibə də hörmət etmək lazımdı. Açığı, bu oyunda daha çox heç-heçə haqda düşünürdük.
– Bəs evdəki matçdan nə gözləyirsən?
– Fikrimcə, Çernoqoriyada daha yaxşı oyun göstərəcəyik. Doğma meydanda bir az hücum haqqında da düşünəcəyik.
– Fikrimcə, Çernoqoriyada daha yaxşı oyun göstərəcəyik. Doğma meydanda bir az hücum haqqında da düşünəcəyik.
– Bu nəticəni gözləyirdiz, yoxsa "Qarabağ"ın qollar vuracağını düşünürdüz?
– Fikrimcə, biz qol vurmalı idik. Bu, daha yaxşı nəticə olardı.
– Fikrimcə, biz qol vurmalı idik. Bu, daha yaxşı nəticə olardı.
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”