Ölkə futbolu
Deyla: “Bunu faciəyə çevirməyə ehtiyac yoxdu”
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind…
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 3-cü turun cavab qarşılaşmaları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” evdə Şotlandiya “Seltik”ini qəbul edəcək.
Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran “Seltik”in baş məşqçisi Ronni Deyla bu sözləri deyib:
“İlk oyundan sonra üstünlük bizim tərəfimizdədi. Bir qədər həyəcan var. Rəqib də güclü komandadı. Amma görüşün bizim üçün uğurlu keçəcəyinə inanıram. Düzdü, isti hava hökm sürür. Ancaq çalışacağıq, bu, bizə mane olmasın”.
40 yaşlı mütəxəssis qazonun durumundan o qədər də narazı olmadığını deyib: “Çünki Şotlandiyada da qışda bu cür qazonlarda oynayırıq. Ona görə də, bunu faciəyə çevirməyə ehtiyac yoxdu. Rəqib də bizimlə eyni şərtlər altında çıxış edəcək. İstər-istəməz bu vəziyyət oyunumuza təsir edəcək”.
Təcrübəli çalışdırıcı ötən mövsümdəki kimi, mübarizəni seçmə mərhələdə dayandıracaqlarına inanmır: “Ötən mövsüm çox üzülmüşdük. Ancaq indi daha güclü komandamız var. Hədəfimiz Çempionlar Liqasının qrupun vəsiqə qazanmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik. Azarkeşlərimizə Çempionlar Liqasının qrup mərhələsi həyəcanını yaşatmaq istəyirik”.
Norveçli məşqçi “Qarabağ”la bağlı ağız dolusu danışıb: “Qarabağ” topla oynamağı bacaran komandadı. Yaradıcı oyun sərgiləyir. Eyni zamanda texnikalı oyunçuları var. Fikrimcə, bizim üçün çətin olacaq. Sabah çox ehtiyatlı oynamalıyıq”.
(apasport.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”