Ölkə futbolu
"Neftçi" Cənubi Amerikadan əlidolu qayıdacaq
Topaz Premyer Liqasının 1-ci turu “Neftçi”yə bah…
Topaz Premyer Liqasının 1-ci turu “Neftçi”yə baha başa gəlib. Futbolinfo.az xəbər verir ki, çempionatın ilk oyununda xal itkisinə məruz qalan paytaxt təmsilçisi təcili surətdə əlini cibinə salmalı olub.
Gəncə təmsilçisi ilə oyunda nəinki qol vurmaq, heç düz-əməlli hücum qura bilməyən bakılılar heyətin axsamasını əyani şəkildə gördükdən sonra Cənubi Amerikaya üz tutublar. Doğrudu, onlar rəsmi şəkildə “bu qitənin kluları ilə əməkdaşlıq etmək” donu geyindirsələr də, əslində icraçı direktor Elnur Məmmədovla idman direktoru Vəli Qasımovun səfəri oyunçu tansferləri ilə bağlıdı.
Klubun baş məşqçisi Samir Əliyev çempionatın startı öncəsi saytımıza verdiyi müsahibədə bildirmişdi ki, hətta 3 turdan sonra olsa belə, sanballı transferlərə ehtiyac duyurlar. İndi Əliyevin dedikləri yerini tutmaqdadı.
Böyük ehtimalla, klub rəsmiləri Azərbaycana əlidolu dönəcəklər. “Ağ-qaralar” sıralarını bir neçə braziliyalı futbolçuyla zənginləşdirməyi planlaşdırır. Bunların arasında gənc oyunçuların çoxluq təşkil edəcəyi gözlənilir. Eyni zamanda, həmin futbolçuların icarə əsasında oynayacaqları da istisna olunmur.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”