Premyer-liqa
"Xəzər Lənkəran"ın yeni transferi sıradan çıxdı
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında y…
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bir müddət hazırlıq keçdikdən sonra istirahətə buraxılıb. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi sentyabrın 5-dən hazırlıqlarına davam edəcək.
Heyətlə bağlı komandada ciddi itki yoxdu. Yalnız yeni transfer Dieqo Souza sıradan çıxıb. Lakin brazilyalı yarımmüdafiəçinin zədəsi elə də ciddi deyil. Onun sentyabrın 12-də Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"la oyuna kimi sağalacağı gözlənilir.
Qeyd edək ki, cənublular bir neçə gün öncə əvəzedici komandası ilə yoxlama matçında qüvvəsini sınamışdı. Qarşılaşma əsas komandanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”