Ölkə futbolu
İlqar Axundov: "Biz fırıldaqçı deyilik"
“Rəvan”ın loqotipindəki yaranma tarixinin 2007-ci il g&…
“Rəvan”ın loqotipindəki yaranma tarixinin 2007-ci il göstərilməsi ilə bağlı bu gün AFFA-nın hüquqşünası Rmiş Malıyev fikrini öyrəndikdən sonra federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə də əlaqə saxladıq. Federasiya rəsmisi futbolinfo.az saytına verdiyi açıqlamada, bu məsələdə birbaşa məsul qurum kimi klubu göstərdi.
Nərmanoğlu “Rəvan”ın təqdim etdiyi loqotipi qəbul etməklə bağlı hansısa araşdırma aparmağa borclu olmadıqlarını dilə gətirdi. Əlbəttə, bu, boşluqdu. Çünki AFFA-nın bayrağı altında keçirilən yarışda sabah hansısa klub loqosunda 1325-ci il göstərsə, bu da həmin klubun daxili işi kimi qəbul ediləcək.
Daha sonra “Rəvan”ın vitse-prezidenti İlqar Axundovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışdıq. Təəssüf ki, klub rəsmisindən yeni bir söz eşitmədik. Klubun yaranma tarixinin necə göstərilməsinin Azərbaycan futbolunun inkişafına mane olmadığını bildirən Axundov daha sonra “Rəvan”ın fırıldaq işlətmədiyini sübuta yetirməyə çalışdı: “2007-ci ildə “Muğan” yaradılıb. Bizim loqotipdə də həmin tarix əks olunub. Biz fırıldaqçı deyilik”.
Uzun sürən dialoqun məğzini çatdırdıq. Beləcə, paytaxt təmsilçisinin loqotip məsələsi açıq olaraq da qaldı. “Muğan”ın “Rəvan” edilməsi rəsmən qeyr-mümkün olsa da, qeyri-rəsmi şəkildə loqotipdə əks olunub.
AĞA
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq