Premyer-liqa
"Xəzər Lənkəran" bu gün başlayır
Premyer Liqanın V turunda əzəli rəqibi ilə səfərdə qarş…
Premyer Liqanın V turunda əzəli rəqibi ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” qısa fasilənin ardından məşqlərə başlayır. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" 2-günlük istirahətini yekunlaşdıraraq, bu gün səhər saatlarından başlayaraq doğma şəhərdə bir araya gələcək.
Toplandıqdan sonra cənublular mövsümün ilk “Böyük oyun”unun hazırlıqlarına start verəcək.
Xatırladaq FİFA-nın transfer qadağasının müddəti uzadıldıqdan sonra Ruslan Abışov, Vüqar Nadiorv və Rəşad Əyyubov Lənkəran təmsilçisini tərk ediblər. Bunacan isə Vaqif Cavadov yola salınmışdı. Yenilərdən iki legioner Dieqo Souza və Limamm Seydinin sonrakı taleyi hələ məlum deyil. Hazırkı, əsasən gənclərdən ibarət yarımçıq heyətin yeganə qaradərili üzvü Sadio Tounkara da hələlik komandaya kömək edə bilmir.
(12cioyuncu.info)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi