Ölkə futbolu
CAS-dan cavab gəldi, XL cərimənin azaldılmasına nail oldu
Problemlər məngənəsində boğulan “Xəzər Lənkəran”…
Problemlər məngənəsində boğulan “Xəzər Lənkəran”nı braziliyalı müdafiəçi Eder Oliveyra Bonfimə görə FİFA cəzalandırmışdı. Lakin cənub klubu ali futbol qurumunun qərarına etiraz edərək İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmişdi.
Artıq qərar bəllidi. Lənkəranlılar CAS-da onlara kəsilən cərimənin məbləğinin cüzi azaldılmasına nail olsalar da, cəzadan yaxalarını qurtara bilməyiblər. Yəni, istənilən halda müəyyən məbləğ ödənilməlidi.
Bir-birinin ardınca zərbə alan klub Bonfim və Qalin İvanova görə aldığı cəzalar səbəbindən daha da sarsılıb. “Ağ-yaşıllar”ın bu vəziyyətdən çıxacağı hazırda heç də inandırıcı deyil. Heç hazırkı futbolçularının maaşını verə bilməyən klub rəhbərliyinin bu borcları ödəyəcəyi real görünmür. Belədə yəqin ki, FİFA “Xəzər Lənkəran”a daha ağır sanksiyalar tətbiq edəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO