Ölkə futbolu
AFFA-dan asılı klublar "ölüm ayağında"
AFFA-dan maddi cəhətdən asılı olan klublarda vəziyyət yenidən …
AFFA-dan maddi cəhətdən asılı olan klublarda vəziyyət yenidən kəskinləşib. Yaşadığı üçün assosiasiyaya borclu olan klublar onlar üçün nəzərdə tutulan maliyyəni ala bilmirlər.
Bu baxımdan “Neftçi”, “İnter”, AZAL, “Kəpəz”, “Rəvan” və “Sumqayıt”da vəziyyət xüsusilə acınacaqlıdı. AFFA-dan gələn maliyyənin kəsilməsindən sonra bu klubun idarəçiləri çıxılmaz vəziyyətə düşüb. Sözügedən komandaların Premyer Liqanın 60 faizini təşkil etdiyini nəzərə alsaq, ümumiyyətlə, çempionatın da taleyi tükdən asılıdı.
Ən pis vəziyyət AZAL-la “Sumqayıt”dadı. Onsuz da “yolpulu”na oynayan “təyyarəçilər”in hətta növbəti turlara çıxmamaq ehtimalı var. Komandanın əsas sponsorunun da klubdan üz döndərməsindən sonra “yetim” qalan AZAL növbəti turdan sonra buraxıla da bilər. “Sumqayıt”da isə 2 aydı maaş almayan futbolçular qiyama hazırlaşır. Rəhbərlik hələlik vədlərlə onları aldatsa da, bıçaq sümüyə dayanıb.
2015-2025-ci illər üçün Dövlət Proqramının qəbul edilməməsindən sonra bu vəziyyət gözlənilən idi. Sponsorların vəsait yatırmadığı klublar AFFA-dan asılı vəziyyətdə qalıb. Assosiasiya isə pul tapa bilmədiyindən ödəmələri gecikdirir. Növbəti turdan sonra bir neçə klubda vəziyyətin kritik həddə çatacağı, hətta çempionatda hansısa “itkilər”in olacağı gözləniləndi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək