Müsahibə
“Krasnodar”ın özbək yarımmüdafiəçisi yağışdan gileyləndi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qəbələ&…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanan Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Odil Axmedov komandasının oyununu dəyərləndirib. Futbolinfo.az saytının Krasnodara ezam olunan müxbiri özbək futbolçunun yerli jurnalistlərlə dialoqunu qələmə alıb.
– Üç gündən bir oynayırıq. Bir qədər yorğunluq var. İkinci hissəyə arxayın çıxmışdıq. Bu səbəbdən də 2-ci 45 dəqiqənin əvvəli bir qədər uğursuz alındı.
– Fasilədən sonra komandanı tanımaq olmurdu. Hamınız təşviş içərisində idiniz…
– Nəticəyə görə narahat idik. Heç-heçə və ya məğlubiyyət vəziyyətimizi xeyli pisləşdirəcəkdi. Bu səbəbdən də sərgilədiyimiz futboldan çox, nəticə önəmli idi.
– Nəticəyə görə narahat idik. Heç-heçə və ya məğlubiyyət vəziyyətimizi xeyli pisləşdirəcəkdi. Bu səbəbdən də sərgilədiyimiz futboldan çox, nəticə önəmli idi.
– Oleq Kononov bu oyunda komandasının formasının zirvəsinə çıxmağı arzuladığını bildirmişdi. Onun arzusu çin oldu?
– Yavaş-yavaş formaya düşürük. Amma etiraf edim ki, yağış da yaxşı futbol sərgiləməyimizi əngəllədi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək