Premyer-liqa
Bəhmən Həsənov: "İndiki qələbə şirin gəlsə də…"
Bu gün Topaz Premyer Liqasında 12-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Rəvan"a 2:3 hesabı ilə uduzub.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov qələbəni belə şərh edib:
“Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”