Ölkə futbolu
Millimizin üzvü qovuldu, komandası uduzdu
Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Sandhausen"lə üz-üzə gəlib. Görüş qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov isə 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, "Karlsrue" 19 xalla 9-cu yerdə qərarlaşıb.