Dünya futbolu
"Qalatasaray" üçün daha bir əcnəbi
Hamza Hamzaoğlu ilə yollarını ayıran “Qalatasaray” r?…
Hamza Hamzaoğlu ilə yollarını ayıran “Qalatasaray” rəhbərliyi yeni baş məşqçi axarışındadı. Futbolinfo.az xəbər verir ki, artıq bu posta namizədlər də var.
Yerli mətbuatın yazdığına görə, “sarı-qırmızılar” daha çox əcnəbi mütəxəssislərlə maraqlanır. Lusien Favrenin ardından daha bir namizəd var. Belə ki, “Milan”ın sabiq baş məşqçisi Klarens Zeedorf da İstanbul klubunun baş məşqçisi ola bilər.
Bundan əlavə, "sarı-qırmızılar"ın bir vaxtlar “Xəzər Lənkəran”ı da çalışdırmış yerli mütəxəssis Mustafa Dənizlini gətirmək fikrində olduğu iddia edilir.
Qeyd edək ki, Türkiyə Superliqasının növbəti turunda “Antalyaspor”la matçda komandaya qapıçılar üzrə məşqçi Klaudio Taffarel rəhbərlik edəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO