Ölkə futbolu
AZAL-ın çağırdığı legionerlər niyə gəlmədi?
AZAL-ın 2 yeni futbolçunu baxışa çağırdığı haqda…
AZAL-ın 2 yeni futbolçunu baxışa çağırdığı haqda xəbər vermişdik. “İnter”lə (0:2) matçdan sonra şüvəlanlıların baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında brazilyalı və orta asiyalı futbolçunu sınaqdan keçirəcəyini bildirmişdi.
Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovdan aldığımız məlumata görə, brazilyalı hücumçu ölkəmizə gəlməyib. "Sambaçı"nın hansı səbəbdən səfərdən imtina etdiyi bilinmir. Digər futbolçu isə özbəkistanlı yarımmüdafiəçi Ənvər Rəhimovdu. O, dünən ölkəmizdə olmalı idi. Lakin asiyalının gəlişi şəxsi işlərinə görə yubanıb. Rəhimov Bakıya bu ayın 27-də gələcək. Əgər futbolçunun çıxışı baş məşqçi Tərlan Əhmədovu qane etsə, onunla qış fasiləsində müqavilə bağlanılacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək