Ölkə futbolu
"Karşıyaka" prezidentindən Kamran Ağayev üçün üzücü xəbər
Türkiyənin “Karşıyaka” klubunda çıxış ed…
Türkiyənin “Karşıyaka” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayev 3 aydır ki, maaş üzünə həsrətdir. Futbolinfo.az xəbər verir ki, müqavilə şərtlərinə əsasən hər hansı futbolçu 3 ay maaş almırsa, sözləşməsini birtərəfli şəkildə pozub, azad agent statusu alaraq, komandadan ayrıla bilər.
Bu məsələ ilə bağlı klub prezidenti Ali Erten Türkiyə mətbuatına açıqlama verib. Klub rəhbəri bildirib ki, Ağayev bir az gözləməlidir: "Əgər 3 ay maaş verilmirsə, futbolçu notarius vasitəsi ilə kluba xəbərdarlıq məktubu göndərməlidir və 1 ay vaxt verməlidir. Bu 1 ay ərzində klubda yeni prezident seçkiləri baş tutacaq. yeni prezident həmin futbolçulara pulun ödənilib-ödənilməməsi haqda son qərarı verəcək. Ağayev də bunu gözləməlidir".
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”