Ölkə futbolu
"Qarabağ"a qarşı da belə oynamaq lazımdı"
Belçika millisinin sabiq hücumçusu Mark Derqiz yerl…
Belçika millisinin sabiq hücumçusu Mark Derqiz yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, Avropa Liqasının 6-cı turunda baş tutacaq “Anderlext” – “Qarabağ” oyunundan danışıb.
Veteran futbolçu Brüssel təmsilçisinin Azərbaycan klubundan revanş almalı olduğunu bildirib: “Heyətdə problemlər var. Amma bu o demək deyil ki, komanda uduzmalıdır. Stefano Okakak və Yuri Tielemans kimi oyunçulara istirahət lazımdır. “Anderlext” sıx qrafikdə oynayır və hazırda Avroliqa onlar üçün xüsusi əhəmiyyət kəsb edir. “Monako” ilə qarşılaşmadakı qələbəni motivasiya və komandanın özünə inanması gətirdi. İndi “Qarabağ”a qarşı da belə oynamaq lazımdır. Bakıdakı məğlubiyyətin qisasını almaq lazımdır”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüssel şəhərinin “Konstant Vanden Stok” stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”