Dünya futbolu
Rus futbolçuya görə: "Real" Kral kubokundan qovulacaq!
“Real” klubu İspaniya kuboku yarışlarından kənarlaşd…
“Real” klubu İspaniya kuboku yarışlarından kənarlaşdırıla bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin sözügedən turnirin 1/16 final mərhələsi çərçivəsində “Kadiz”lə görüşdə meydana cəzalı futbolçu buraxmasıdı.
Belə ki, baş məşqçi Rafael Benitez cəzalı Dmitri Çernışevi start heyətində meydana buraxıb. Yarımmüdafiəçi ötən mövsüm "Vilyarreal"da çıxış edərkən yarımfinaldakı "Barselona" ilə matçda sarı vərəqə alıb, cəzalı duruma düşmüşdü.
Rus futbolçu öz növbəsində matçın 3-cü dəqiqəsində qarşılaşmada ilk qola imza atıb. Benitez isə matçın gedişində səhnivi anlayıb və Çernişevi fasilədə Mateo Kovaçiçlə əvəzləyib. Bu hadisəyə “Kadiz” azarkeşləri də maraqlı reaksiya verib. Onlar ucadan “Çernişev səni sevirik” sözlərini səsləndirərək ritm tutublar. Bu hadisə sosial mediada da məsxərələrə səbəb olub. Hətta “Real”ın əzəli rəqibi olan “Barselona”nın futbolçusu Xerard Pike “Tvitter” profilində çoxlu gülmək "smaylik"i paylaşıb.
Qeyd edək ki, Benitez oxşar vəziyyətlə 2001-ci ildə “Valensiya”nı çalışdırarkən də üzləşmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”