Bizi izləyin

Ölkə futbolu

"Rəvan" Azərbaycan idman mətbuatının ən ortabab saytından daha aşağı səviyyədə bir klubdu"

Topaz Premyer Liqasının autsayderi “Rəvan” futbolinfo.a…

blank
Topaz Premyer Liqasının autsayderi “Rəvan” futbolinfo.az saytını məhkəməyə verib. Klubun iddiasında səslənən fikirlər absurd olsa da, hər halda, futbol topunun öhdəsindən gəlmədiklərini görüb, saytımızı topa tutmaq istəmələri onların hüququdu.
Bir halda ki, hüquq müstəvisinə çıxmaq istəyiblər, bir halda ki, kompensasiya tələb etmək arzusuna düşüblər, turnir cədvəlindəki yerlərinin tək futbolda deyil, hüquq orqanlarında da olduğunu sübuta yetirməyə hazırıq. “Rəvan”ın 20 min manat təzminat tələb etməsi, saytın üz qabığında 1 il ərzində təkzibin yerl almasını istəməsi nə qədər gülünc olsa da, hüquqlarıdı. Necə ki, bizim də hüququmuz səmərəli vaxtımızı aldıqları üçün daim gülüş obyektinə çevrilən klubdan kompensasiya tələb etməkdi.
Ölkə mətbuatı, xüsusilə idman KİV-i bu hadisəyə biganə qalmadı, “Rəvan”ın məhkəməyə müraciət etməsini çılpaqlığı ilə ölkə ictimaiyyətinə çatdırdı. Məsələylə bağlı bir sıra mətbu orqanlarına müraciət edərək, mövqelərini dərc etmək qərarına da gəldik. Beləlilkə, tribunanı həmkarlarımıza veririk.
Elçin Cəlilov: futbolpress.az saytının baş redaktoru: "Rəvan" klubunun futbolinfo.az saytını məhkəməyə verməyi məlumdur, ancaq açığı, konkret hansı detallara görə – məlum olmayan budur. Məlumatda gördük ki, klub 20 min təzminat istəyir. Gülməli budur. İdman mediasındakı maddi durum elə vəziyyətdədi ki, "Rəvan" öz büdcəsini bu vasitəylə zənginləşdirə bilməz. Fikrimcə, klubun media orqanının məhkəməyə verməsi konkret detallara əsaslanmırsa, əsassız hərəkətdir. Belədə, redaksiyanın iş rejimi pozulur sadəcə. Bu da ciddi problemdir”.
Rəşad Ergün, komanda.az saytının baş redaktoru: “Bir sayt futbol klubuna maddi nə ziyan vura bilər, açığı, anlamıram. Mənəvi zərəri hardasa başa düşürəm. Bəhmən Həsənovun 4-cü dəfə "Rəvan"ın "sükanı arxasına” keçməsini, kluba rəhbərlik edənlərin qeyri-peşəkar olduğunu yazırıq ki, ola bilsin, bu yazılardan "Rəvan" rəhbərliyi mənəvi əzab çəkir. Amma futbolinfo.az saytı bu kluba hansı maddi zərəri vurub, bunu anlamış deyiləm. Heç "Rəvan" rəhbərliyinin "peşəkar nüfuzu" ifadəsi də düz deyil. Peşəkarlıq olmayan yerdə hansı nüfuzdan söhbət gedə bilər? Ancaq bir şey xoşuma gəlir: eybi yox, qoy bizim klublar mətbuatla münasibətlərini məhkəmə salonlarında  tənzimləməyə çalışsınlar. Daha Mahmud Qurbanov kimi savadsızı ofisə göndərib, "get vur, dağıt" tapşırığı verməsinlər. Ya da kimisə əlibıçaqlı göndərməsinlər redaksiyalara. İnanıram ki, sizin "Rəvan"la məhkəmə çəkişməniz ədalətli bitəcək”.
Erkin İbrahimov, azerifootball.com saytının baş redaktoru: “Açığı, gözlənilməz hadisədi. Özü də etiraf edim ki, yarandığı müddətdən futbolinfo.az saytını “Rəvan” klubu ilə yaxın münasibətdə olduğunu hesab etmişəm. Ən azından bu klubla bağlı ən operativ məlumatlar ilk olaraq, məhz “futbolinfo”da çıxırdı. Zənnimcə, onları qıcıqlandıran məqam da məhz bu olub ki, əvvəllər ən yaxın münasibətdə olduqları saytda tənqidi yazılar çıxıb. Ancaq məsələnin digər tərəfi də var. Nəinki klublar və onların rəhbərləri, hətta AFFA və PFL elə kəskin tənqidə, bəzən isə təhqirə məruz qalıblar ki, bunu sözlə ifadə etmək çətindi. Hətta nazirlər, deputatlar belə, mətbuatda tənqidə məruz qalırlar. Amma heç kim məhkəməyə müraciət etməyib. 20 min təzminat tələb etmək isə sadəcə, təbəssüm doğurur. Nəyə görə 25, 30, 35 min yox, məhz 20 min? Ümumiyyətlə, hansı ölçü meyarlarından istifadə edərək, bu rəqəm çıxarılıb? Yəqin bunu “Rəvan” rəhbərliyindən başqa heç kim bilmir. Hər halda, bu addımı düzgün hesab etmirəm və ümid edirəm ki, ədalət öz yerini tutacaq”.
Kənan Məstəliyev, rekord.az saytının baş redaktoru: “İstənilən klubun hər hansı KİV-i məhkəməyə verməsi üçün çox ciddi əsası olmalıdı. Üstəlik, məhkəməyə verən tərəf bunu niyə etdiyinin fərqində olmalı, məsələyə tam ciddi yanaşmalıdı. Görünən odu ki, "Rəvan" başqa işlərdə necə qeyri-ciddi klubdusa, bu məsələdə də qeyri-ciddidi. Həmkarlarımın kimisə təhqir etməsi, məhkəmə predmeti olacaq nəsə yazdığını iddia etmək absurddu, çünki belə şey olmayıb. Oxuduqlarım bunu deməyə əsas verir. "Rəvan" hələ Azərbaycan idman mətbuatının ən ortabab saytından daha aşağı səviyyədə bir klubdu. Hələ həddi-buluğa çatmayıb heç. Bu proses də klubu bir az "böyüdəcək". Daşdan-daşa dəyib düzələcəklər. "Rəvan"dı e, bu, dostlar, "Rəvan"! Qeyri-ciddi, məramı, məqsədi, mahiyyəti, hədəfi bilinməyən, "Diktator Bəhmən Həsənov"un hegemonluq etdiyi bir klub. Nə məhkəmə? Məzəniz olsun…”
Reklam

Reklam


blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm