Bizi izləyin

Premyer-liqa

"İnter Arena"da Xizanişvili "şousu"

Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində ke…

blank
Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” oyunu məhsuldarlığı və dramatikliyi ilə yadda qaldı. Qalib gələcəyi təqdirdə 2-ci pillənin sahibi “Qəbələ”ylə xallarını bərabərləşdirə biləcək “İnter” cütlüyün favoriti hesab olunurdu. “Sumqayıt” isə yeni baş məşqçisi ilə qeyri-sabit nəticələrə imza atsa da, ölkənin aparıcı klublarına başağrısı olmağı bacaran kollektiv imici formalaşdırmışdı ki, bu gün bunun bir daha şahidi olduq.
Artıq 2-ci dəqiqədə ötən tur “Kəpəz”in qapısına da yol tapmağı bacaran Amil Yunanov Zurab Xizanişviliylə Səlahət Ağayev arasında baş verən anlaşılmazlıqdan məharətlə yararlandı. Nəzərə alsaq ki, cari mövsümdə bu, gürcü liberonun ilk belə kobud səhvi deyil və o, olduqca şübhəli və gözlənilməz anlarda səviyyəsinə uyğun olmayan yanlışlıqlara yol verir, düşünməyə dəyər. Kimlərsə bizi yersiz şübhələrdə ittiham edə bilər. Belələrinə Avropa Liqasında “Hafnarfyordur”la Bakıdakı matçı xatırlatmaq istəyərdik. Qısa zaman kəsiyində Xizanişvilinin ayağı iki dəfə “elə sürüşdü” ki, hesab bir göz qırpımında 1:0-dan 1:2-yə çevrildi…
Əlbəttə, kimin hansı hoqqadan çıxmasının nə Yunanova, nə də “Sumqayıt”a dəxli yoxdu. Ancaq fakt budu ki, zəngin karyeraya sahib olan Xizanişvili bu gün 5 min manata oynayır. Qane olurmu? İnandırıcı görünmür…
Hissənin ortalarına yaxın meydan sahibləri qolun şokunu üzərlərindən ata bildilər. Amma çox çəkmədi ki, Slavik Alxasov Ağabala Ramazanovun ötürməsindən maksimum yararlanaraq, 2-ci dəfə Səlahəti məyus etməyi bacardı. “Gənclik şəhəri”nin 31 azarkeşi (məhz bu sayda fanat qrupu mərkəzi tribunaların sağ tərəfində yerləşən qapının arxasında qərarlaşmışdı) bu qol sevincinin dadını çıxarmamış, Yunanov Səlahət Ağayevin yersiz çıxışını cəzalandıraraq, özünün 2-ci, komandasının 3-cü qoluna imza atdı.
Düşünmək olardı ki, oyunun müqəddəratı həll olunub. Amma fasiləyə 1 dəqiqə qalmış Yuri Fomenko fərqi azaltdı. Fasilədən 7 dəqiqə sonra Elnur Abdullayev baxımlı qolla fərqi minimuma endirəndə, düşünmək olardı ki, meydan sahibləri təzyiqi artırıb ən azı heç-heçəyə nail olacaqlar. Zaur Svanadzenin oyunun sonlarına yaxın cəmi 2 müdafiəçiylə oynaması da oyunu xilas etmək istəyindən xəbər verirdi. Ancaq ən maraqlısı budu ki, qol epizodları daha çox “İnter”in qapısı qarşısında yaranmağa başladı. Oyunu əks-hücumlar üzərində quran qonaqlar dəfələrlə fərqi artıra bilərdilər.
Bu abzas görüşün baş hakimi Rəvan Həmzəzadənin sərt oyuna imkan yaratması, futbolçuların simulyasiyalarına uymamasına həsr oluna bilərdi. Ancaq kobud və sərt oyunla fərqi düzgün müəyyənləşdirməkdə çətinlik çəkən ədalət təmsilçisi, 83-cü dəqiqədə “gülü lap burnundan vurdu”. Ağabala Ramazanova qarşı Xizanişvilinin cərimə meydançasında qayda pozuntusunu simulyasiya kimi qələmə verən Həmzəzadə “Sumqayıt”ın oyunçusuna sarı vərəqə göstərdi. Bu da oldu bizim hakimə həsr olunan abzas.
Matç başa çatdıqdan sonra Zurab Xizinaşvilidən müsahibə götürmək cəhdimiz isə, futbolçunun arxa qapıdan qaçması səbəbindən baş tutmadı. Baxmayaraq ki, onu gözləməyimizdən xəbəri var idi. Nə deyirik, qapın həmişə açıq olsun, Zurab.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm