Bizi izləyin

Ölkə futbolu

Bədavi Hüseynov: "Sanki bıçaq yağı kəsdi"

Dünən Topaz Premyer Liqasının 16-cı turu çərçi…

blank
Dünən Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “İnter” – “Sumqayıt” oyununda millimizin müdafiəçisi Bədavi Hüseynovu görmək bir qədər təəcüblü idi. “Qarabağ”ın heyətində Belçikada “Anderlext”ə qarşı Avropa Liqası qarşılaşmasına çıxan futbolçu, demək olar ki, dincəlmədən “İnter Arena”ya baş çəkmişdi. Matçın fasiləsində Bədavidən stadiona gəlişinin səbəbini soruşduqda, o, “Sumqayıt”ın heyətində bir xeyli dostunun oynadığını, habelə 17-ci turda bu komandayla üz-üzə gələcəklərini söyləyərək, “kəşfiyyat”a çıxdığını bildirdi. Hüseynov həm belçikalılarla oyun, həm ümumilikdə Avroliqadakı çıxışları, habelə milli perrspektivləri barədə futbolinfo.az saytına müsahibə verdi:
– Əvvəlcə “Anderlext”lə oyun barədə danışaq. “Qarabağ”ı 1/16 finaldan 64 dəqiqə ayırırdı…
– Oyuna pis başlamadıq. Bir neçə təhlükəli epizod yarada bildik. Bunlardan birini qola çevirməyi bacardıq. Bax, bundan sonra nəyin baş verdiyini deməyə çətinlik çəkirəm. Qısa zaman kəsiyində qapımızda iki qol gördük. Deyərdim, uşaq səhvləri etdik. Rəqib kifayət qədər təcrübəli idi. Amma buna baxmayaraq, fasilədən sonra da bir neçə dəfə qol vurmağa yaxın olduq. Təəssüf ki, yaranan imkanlardan faydalana bilmədik. Bu da təcrübədən qaynaqlanan məsələdi. Çünki əldə edilən imkanların hamısından yararlanmaq üçün zəngin təcrübəyə malik olmalısan.
– Acı bir paralel aparmaq istəyərdik. “Tottenhem”lə səfərdə də, “Anderlext”lə görüşdə də “Qarabağ” qısa zaman kəsiyində qapısında 2 qol gördü. Belə təəssürat yaranır ki, komandanızda ani “qısa qapanma” baş verir, sonradan isə yenidən oynamağa başlayırsınız…
– Ola bilər ki, hesabda önə çıxdıqdan sonra sayıqlığı bir qədər azaldırıq. Ancaq rəqibin səviyyəsini də nəzərə almaq lazımdı.
– “Anderlext”in vurduğu ilk qolla bağlı fikirlərin maraqlıdı. Rəqib 5 futbolçuyla hücum qurduğu halda, “Qarabağ”ın 10 oyunçusu ya cərimə meydançasının içərisində, ya da həndəvərində qərarlaşmışdı. Necə oldu ki, 10 oyunçu 5 rəqibin qarşısını ala bilmədi?
– Ötürmə həqiqətən kəsərli alındı, sanki bıçaq yağı kəsdi. Ancaq bizim də səhvimiz oldu. Bunu ilkin təhlil zamanı Qurban Qurbanov da bizə izah etdi. Geniş təhlildə isə yəqin ki, qeyd etdiyiniz məqama da toxunulacaq. Təəssüf ki, bu cür səhvlər oyunun yekun nəticəsini şərtləndirir.
– İkinci qolu xatırlayırsan?
– Əlbəttə! Rəqib məndən sıyrıldı və mərkəzə doğru irəliləməyə başladı. Mən onun sol tərəfə dönəcəyi istiqaməti bağlamışdım. Belə olan halda, dayaq yarımmüdafiəçisi məni sığortalamalıdı. Ancaq Qara da yarım addım mənim tərəfə atmışdı. Belçikalı da uzaq məsafədən əla qola imza atdı.
– Yəqin etiraf edərsən ki, daha çox texnikalı futbola üstünlük verən “Qarabağ”da, Reynaldonun yoxluğunu taran tipli Armenteros hiss etdirməməyi bacarmadı…
– Əlbəttə, Reynaldoyla fərqli oyun üslubunda oynayırıq. Sürətli əks-hücumlar qura bilirik, onun fərdi ustalığına güvənə bilirik və s. Sıralarımıza döndükdən sonra daha asan olacaq. Demirəm ki, Armenteros texniki cəhətdən axsayır, amma düzgün qeyd etdiniz ki, o, daha çox taran tipli forvarddı. Əlbəttə, Armenterosun da üstünlükləri var. Elə bunun hesabına Avropa Liqasında da, ölkə daxilində də qollar vurur. Düşünürəm ki, o, bizə hələ çox xeyir verəcək.
– Qrupdakı rəqibləriniz bəlli olduqdan sonra heç kim “Qarabağ”ın ilk 2 pillədən birinə sahib olacağına ümid etmirdi. Geriyə dönüb, həmin səhifələri vərəqləsək, çıxışınızı necə qiymətləndirərdin?
– Oyunlarımız bir daha sübut etdi ki, püşkə əsasən, uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Biz oyunumuzla sübut etdik ki, hər bir komandayla mübarizə aparmaq gücündəyik. Keçən il də gördünüz ki, “İnter”lə də, “Sent-Etyen”lə də, sonda finala qədər irəliləməyi bacaran “Dnepr”lə də başabaş vuruşa bildik. Sadəcə, hələ ki, lazımı Avropa təcrübəmiz yoxdu. İlk baxışdan xırda görünən, lakin sonda oyunun nəticəsini müəyyənləşdirən səhvlər bizi 1/16-dən kənar qoydu.
– Rəşad Sadıqov tədricən karyerasının sonlarına yaxınlaşır. Bu cür müdafiəçidən sonra bu yükün altına girməyə hazırsan? Hər halda yaxın üfüqdə başqa namizəd görünmür…
– Rəşaddan çox şeyi öyrənmişəm. O, daim mənə dayaq olub, öyrədib. Hətta özü meydanda olmayanda belə, oyun başa çatdıqdan sonra öz tövsiyələrini verir. Sadıqovun karyerasını bitirməsi Azərbaycan futbolu üçün böyük itki olacaq. Ancaq ümid edirəm ki, o, hələ 1-2 mövsüm mənimlə çiyin-çiyinə oynayacaq. Ancaq digər müdafiəçilərimizə də artırmaq lazımdı. Məsələn, Elvin Yunuszadə. Bərkiməsinin vaxtıdı. Çünki Rəşad getdikdən sonra bu boşluğu doldurmaq lazımdı.
– Daha bir məqama toxunmaq istəyərdik. Söhbət Millətlər Liqasından gedir. Hazırda UEFA-nın reytinq cədvəlinə əsasən “D” səbətinə daxil olan (son 16 pillədə qərarlaşan yığmalar) Azərbaycanın bu yolla Avropa çempionatı-2020-yə çıxmaq şansları barədə nə deyə bilərsən?
– Açığı, bu barədə indi sizdən eşidirəm. Belə çıxır ki, 2017-ci ilin sonunadək reytinqdə irəliləmək bizə sərf etmir (gülür)?
  
– Reallıq budu ki, yığmamız daha 2 pillə irəliyə getsə, “C” səbətinə düşəcək və burda daha elitar rəqiblərlə mübarizə aparmalı olacaq…
– Doğrudan da xoş xəbərdi. Amma bu o, demək deyil ki, biz asanlıqla “D” səbətinin qalibi olacağıq. Özünüz də görürsünüz ki, Moldova, Malta kimi yığmalarla da çətinliklərlə üzləşirik. Bu gün asan rəqib qalmayıb. Amma bütün halarda, bu, bizim üçün əla şansdı! Dünya çempionatının seçmə mərhələsində döyüşkən kollektiv formalaşdırıb, Millətlər Liqasında uğura imza atmaq mümkündü. Xeyli gənc və istedadlı futbolçularımız yetişir. Dünya çempionatının seçmə mərhələsində özlərini ən yaxşı tərəfdən göstərib, təcrübə toplayıb, Avropa Çempionatının finalına yüksəlmək uğrunda mübarizə aparmaq mümkündü. Hər halda Almaniya, İngiltərə, Fransa, İtaliya kimi komandalarla üz-üzə gəlməyəcəyik ki, rəqiblər aşkar favorit olsun.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Dünya futbolu2024-05-06 23:19

“Fənərbaxça” yenə xal itirdi

blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm