Premyer-liqa
Qriqorçuk: "Öncəki turlarda qol vura bilməsək də…"
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı. Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.