Bizi izləyin

Ölkə futbolu

"Şəmkir"də rüşvət qalmaqalı: iranlı futbolçunu necə aldatdılar?

Növbəti il üçün öz qarşısına yüks?…

blank
Növbəti il üçün öz qarşısına yüksək hədəflər qoyan “Şəmkir”də özbaşınalıq da pik həddə çatıb. Sən demə, komandanın baş məşqçisi Kamran Əlibabayev komandaya götürdüyü futbolçulardan rüşvət alırmış.
Uğursuz nəticələrlə gündəmə gələn məşqçi menecerlərlə birləşib baxışa çağırdığı futbolçulara ona pul verəcəkləri halda komandaya götürəcəyini bildirir. Bir neçə müddət öncə komandaya yoxlanışa gələn iranlı futbolçu Yaser Talati də eyni halla üzləşib. Bizimlə əlaqə saxlayan legioner özü bu haqda danışdı: “Məni “Şəmkir”ə Adil Mahmudov gətirib. Burada oynayacağımı dedilər. Birinci onlar məndən 5 min manat pul istədilər. Dedilər ki, əgər sən pulu versən, komandaya götürəcəyik.  “Şəmkir”in ikinci məşqçisi Rauf Mərdanov məndən pul alıb Kamran Əlibabayevə aparırdı. Ona verəcəkdi ki, məni heyətə salsınlar. Amma sonra nə oldusa, fikirlərin dəyişdilər. Məni küçədə qoydular. Qalmağa da yer vermirdilər. Sağ olsun, klubun idman direktoru İlqar Nəbiyev. Məni 12 gün Yevlaxda öz evində saxladı. Yemək, yatmağa yer verdi”.
Talati pullarını PFL prezidenti Ramin Musayevin sayəsində geri deyib: “2 gün parkda yatdım. Sonra işim düzəlmədi. Pulumu vermirdilər. Əlacım kəsildi, PFL prezidenti Ramin Musayevin qəbuluna düşüb ona hər şeyi danışdım. O, mənə kömək etdi. Çağırdı onları, danışdı. Sonra pulumu qaytardılar. Mənim telefonumda şəkillər var idi. Aldılar telefonumu əlimdən, bütün şəkilləri sildilər. Mәn parkda ac-susuz yatmışam. Bunlar mәnә yaxşılıq etmәdilәr. Onlara haqqımı halal etmirәm. Bu adamlar iranlı bir nәfәrlә işlәyirlәr. Adı Mәcid Rza Rәfidir. O dedi ki, Adil Mahmudov yaxşı adamdır, sizә kömәk edәcәk. O da ilk gün bizә dedi ki, 5 min vermәsәz, alınmayacaq. Gecә saat 2-dә, 3-dә bizә zәng edirdi ki, pulu gәtirmәsәz, çıxaracam sizi otaqdan, göndәrәcәm İrana. Burda elә-belә mәşq edirәm, gözlәyirәm "transfer pәncәrәsi” açılsın. Bir də Ramin Musayevlə İlqar Nəbiyevə çox təşəkkür edirəm. Onlar olmasaydı, mən orda acından, küçədə ölərdim”.
Doğrusu, Talatinin danışdıqları adama gülməli gəlir. Bu adam rüşvətlə futbol oynamaqda maraqlı olubsa, deməli, özü də günahkardı. O, belə sövdələşməyə getməməli, təmiz olduğunu göstərmək üçün təklifdən imtina etməliydi. Onun futbolçu kimi səviyyəsinin yüksək olmamasını division klubunda oynamaq üçün bu qədər çalışması da sübut edir. Kəsəsi, ilk növbədə günahkar o, özüdü.
Məsələ adı hallanan Adil Mahmudovun isə gəzmədiyi divizion klubu yoxdu. O, bir sıra qalmaqallı məsələlərdə baş rolda olub. Görünür, indi də menecerliklə, ara düzəltməklə məşğuldu. Güman ki, onun bu məsələdə hansısa marağı var. Elə olmasaydı, hətta futbolçuya kirayə mənzil tutmaq üçün də yardım etməzdi.
Əlibabayevlə əlaqə saxlamaq cəhdlərimiz fayda vermədi. Əvəzində Mahmudovla söhbətləşə bildik:
– Xahiş edirəm, həmin futbolçunu gətir, üzbəüz oturaq, danışaq. Mənim buradan, onun oradan nəsə deməyimiz düz çıxmır, şər-böhtan sayılır. Şəkillər var, futbolçuya necə baxmışam. Yaser çox tərbiyəli uşaqdı. Hələ mən İranda olanda digər futbolçu – Caberin atası gəldi, mənə təşəkkür etdi ki, uşağıma yaxşı baxmısan. 
– Söhbəti konkretləşdirsək, sizin aranızda pul haqda danışıqlar olubmu?
– Xeyr, bizim aramızda pul söhbəti ola bilməz. Bu söhbət may, iyun aylarında olub. İndi bu məsələ haradan, necə qaynaqlanır, maraqlıdı. Ola bilər bu insanlar mənə qarşı öyrədilib. Hər şey Allaha bəllidi. Həmin futbolçunu da çağırın, deyin, gəl, Adil müəllimlə otur, üzbəüz danış.
– İnkar etsəniz də, bizdə həmin futbolçu ilə sizin telefon danışıqlarının səs yazısı var…
– Bayaq dediyim kimi, futbolçunu gətir, üzbəüz danışaq. 
– Amma sizin həmin oyunçu ilə danışığınız futbolçu tərəfindən bizə audio formatda təqdim olunub…
– Mən sizinlə razıyam. Amma elə “gətir mənə pul ver” sözü işlənməyib. Sadəcə, ona demişəm ki, özünü yaxşı göstər. 
– Başqa deyiləsi sözünüz yoxdu?
– Mən təkcə onu demək istəyirəm ki, Allah bilən məsləhətdi. Lazım olsa, onu bura gətirən menecerlə də sizi görüşdürə bilərəm. 
– Siz telefon nömrənizi də həmin audio səsdə özünüz demisiniz. Elə biz də sizə oradan götürüb zəng etmişik…
– Futbolçu ilə danışmışam. Bunu inkar edə bilmərəm. Amma hər şey Allaha bəllidi. 
– Bizdə olan səs qeydlərində sizin futbolçudan pul istəməyiniz var, amma siz deyirsiniz ki, hər şey Allaha bəllidi…
– Onun mənə borcu var. Bilirsiniz, mənə maraqlıdı ki, görüşüb söhbət edərdik.
– Siz futbolçu ilə söhbət edə bilərsiniz. Biz jurnalistik, söhbətə nə aidiyyatımız ola bilər ki?
– Nə isə, yenə də Allaha bəllidi. İranda məni necə şantaj ediblər. Yenə də bu günə min şükür.
Adil bəyi özünü müdafiə etməyə çalışdı və bu, onun haqqıdı. Amma sabah (ola bilər bu gecə) sizə təqdim edəcəyimiz audioyazını izlədikdən sonra başqa şeylər də fikirləşəcəksiz. Səs yazısını sabaha saxlamağımızınsa hansısa gizli səbəbi yoxdu. Sadəcə, texniki problemlər üzündən onu tez çatdırmaq mümkün olmadı, biz isə keyfiyyətli işə üstünlük verdiyimizdən onu ayrıca təqdim etməyi üstün tutduq. Orada futbolçununu Mahmudovla, eləcə də digə iki nəfərlə danışıqları əks olunub.
Bu işdə yaxşılıq edən adam kimi fərqləndirilən Ramin Musayevə gəlincə, məsələyə o qarışmamalı idi. Bu işlə AFFA-nın müvafiq qurumları məşğul olmalıdı. Ancaq görünən odu ki, bu işdə şəffaflıq yoxdu, hər şey tanışlıq hesabına həll olunub, ona görə də sənədsiz transfer elə sənədsiz də yoluna qoyulub. Məsələyə münasibət bildirən PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bunları dedi: “Bu məsələ yadımdadı, bizə müraciət etmişdi. Futbolçu kimi qeydiyyata düşmədiyi üçün rəsmi müraciət və ya şikayət etmək hüququ yox idi. Ramin müəllimin yanına gəldi, küçədə qaldığını deyərək kömək istədi. PFL prezidenti də əslən azərbaycanlı olan bu şəxsə kömək etməyə çalışdı. Yaxşı ki, futbolçunun problemi həll olundu, o, ac-susuz küçələrdə qalmaqdan qurtuldu. Əslində, Ramin müəllim bu məsələyə qarışmaya da bilərdi, çünki futbolçunun qeydiyyatı yox idi, sadəcə, müraciət etdiyindən, insanlıq xatirinə yardım etməyə çalışdı”.
“Şəmkir” rəhbərliyinin bu məsələlərə biganə qalmayacağına ümid edirik. Əlimizdə futbolçunun Mahmudovla, Əlibabayevlə telefon danışıqlarının audioyazısı da var. İranlı legioner işin başlanğıcında şübhələndiyi üçün bütün danışıqları yaddaşa yazıb. Həmin danışıqları sübut kimi təqdim etməyə hazırıq. Orada Adil çəyin israrla futbolçuya “5 min gətir, müqaviləni imzala” deməsi də əks olunub. Hətta iranlı futbolçunun digər yoldaşınn da məsələsi həll olunmalıymış. Həmi adamın isə Talati kimi 5 yox, 3 min var imiş, atası torpağını satıb qalan məbləği də düzəldib. Amma sonra nə olubsa, transfer alınmayıb və ortaya belə mənzərə çıxıb.
FƏRİD
P.S.: Görün, ortabab divizion klublarında belə hadisələr baş verirsə, Premyer Liqada pərdə arxasında nələr olur?
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm