Dünya futbolu
"Mançester Siti"də futbolçu-məşqçi gərginliyi
İngiltərənin “Mançester Siti” klubunda gərginli…
İngiltərənin “Mançester Siti” klubunda gərginlik yaşanıb. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Vilfred Boni baş məşqçisi Manuel Pelleqirinidən narazılığını dilə gətirib.
Buna futbolçunun İngiltərə Premyer Liqasının son turu çərçivəsində “Arsenal”la oyunda start heyətində yer almaması səbəb olub. Belə ki, son 3 matçda, 3 qol vuran Boni onun yerinə zədədən yeni qayıdan Serxio Aqueronun meydana çıxmasına etiraz edib. Fildişi Sahilindən olan 27 yaşlı forvard etirazını belə bildirib: “Fikrimcə, oyuna start heyətində başlamaq mənim haqqım idi. Aquero zədəsini yeni sağaldıb və bir neçə həftədi ki, oynamırdı. Amma mən məşqçi deyiləm. O, ən doğru qərarı verdiyini düşünməkdə azaddı”.
Qeyd edək ki, sözügedən matç mançesterlilərin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətində yer alan Aquero isə 63-cü dəqiqədə məhz Boni ilə əvəzlənib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi