Ölkə futbolu
Nildo: "Bundan siz jurnalistlərin də xəbəri olacaq"
Ötən mövsümün gedişində yaranmış maliyyə pro…
Ötən mövsümün gedişində yaranmış maliyyə problemləri ilə əlaqədar “İnter”i tərk edən futbolçulardan biri də Junior Nildo idi. Futbolinfo.az xəbər verir ki, hazırda vətəni Brazilyada olan hücumçu klubsuzdu. Fərdi şəkildə məşqlərini davam etdirən "sambaçı" saytımıza danışdı:
“Hazırda hər şey yaxşıdı. Məqşlərə qayıtmışam. Çox səylə çalışıram. Lakin hələ ki, fərdi məşqlər edirəm. Çünki hazırda heç bir kluba məxsus deyiləm. Ola bilər, adım hansısa komanda ilə hallansın. Amma hələ ki, dəqiq bir şey yoxdu. Əgər hansısa kluba keçsəm, təbii ki, bundan siz jurnalistlərin də xəbəri olacaq. Ayrıca məni yada saldığınız üçün sizə təşəkkür edirəm. Çalışıram ki, formadan düşməyim. Bir neçə gün sonra "transfer pəncərəsi" açılacaq. Ümid edirəm ki, mən də özümə yeni klub taparam”.
Bir qədər öncə Nildo mətbuata açıqlamasında sabiq klubu “İnter”dən maaşını ala bilməyəcəyi halda onları FİFA-ya şikayət edəcəyini bildirmişdi. Ona həmin məbləğin ödənilib-ödənilməməsi ilə bağlı da sual ünvanladıq. Lakin brazilyalı bu suallara konkret cavab vermədi: “Bir müddət “İnter”də çıxış etdiyimə görə kluba hörmətim var. Məsələ ilə bağlı nəsə danışmaq istəmirəm. Ümid edirəm ki, hər şey qaydasına düşəcək”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək