Bizi izləyin

Müsahibə

Prezident açıqladı: "İnter"in büdcəsi 4-5 milyon manat civarındadı"

Uzun illərdən sonra “İnter”in prezident kürsü…

blank
Uzun illərdən sonra “İnter”in prezident kürsüsündə dəyişiklik baş verdi: Georgi Nikolovu Rəşad Qasımov əvəzlədi.
Yeni prezidentlə bir neçə dəfə müxtəlif tədbirlədə və ya komandasının oyunlarında üz-üzə gəlsək də, bu, ya brifinq xarakterli, yaxud da qısa şəkildə müsahibələr olurdu. Futbolinfo.az bu dəfə klub prezidenti ilə təkbətək görüşməyi qərara aldı. Gəncə futbol məktəbinin yetirməsinin maliyyə sektorunun adamı olması müsahibə zamanı da öz əksini tapdı.
– 1973-cü ildə Gəncədə doğulmuşam. 9 yaşımdan futbolla məşğul olmağa başlamışam. 10 yaşımdan Gəncə UGİM-də, 14 yaşımdan isə “Kəpəz”də atam – Müzəffər Qasımovun rəhbərliyi altında məşq etmişəm. 17 yaşımda konkret seçim qarşısında idim: ya futbol, ya elm. Atamın məsləhəti ilə üstünlüyü təhsilə verdim. Kənd Təsərrüfatı İnstitutuna qəbul olundum. Amma futboldan kənar qalmadım. Elə təhsil ocağının komandasında oynayırdım. 3-cü kursda oxuyarkən “Boz Qurd” komandası yaradıldı. Həmin komandanın heyətində 1 mövsüm keçirdim. Bir müddət Gəncədə işlədikdən sonra yenidən Bakıya döndüm. Ailə qurdum və bu gün də paytaxtımızda yaşayıram. İki ilə yaxın idi ki, “İnter” “mətbəxi”ndə idim.
– Klub prezindeti olanadək “İnter”ə nə kimi bağlılığınız var idi?
– Beynəlxalq Bank tərəfindən ayrılan vəsaitin hansı istiqamətdə xərcləməsinə nəzarət edirdim.
– Maliyyə sektorunun adamına elə bu səpkidən sual: Nəyə görə klublar mövsüm ərzində xərclənən vəsaiti ictimaiyyətə açıqlamır?
– Şəffaflığı yalnız klublardan yox, idarə və ictimai birliklərdən istəmək lazımdı. Hazırkı mühit belədi. Addım-addım buna hamı gələcək. Özünüz də bilirsiniz ki, artıq Azərbaycanda fiziki şəxslər də, bütün dünyada olduğu kimi, gəlirləri barədə məlumat verəcəklər.
– Biz idman mediasına çalışırıqsa, hansısa yarımfabrikat istehsal edən müəssisənin büdcəsi ilə maraqlanmaq sahəmizə uyğun gəlmir…
– Hesab edirəm ki, hər bir müəssisədə audit keçirilməlidi. Özü də bu, beynəlxalq audit olmalıdı. Bu hesabatı da müəssisə media orqanlarına təqdim etməlidi. Düşünürəm ki, yaxın gələcəkdə bizdə belə də olacaq.
– Büdcənin gizlədilməsi müxtəlif fəsadlar verir. Məsələn, hansısa mətbu orqanı yuxuda görəcək və ertəsi gün yazacaq ki, “İnter”in büdcəsi 30 milyondu. Bu da öz növbəsində klub ətrafında müxtəlif şübhələrə zəmin yaradacaq.
– Hazırda klubumuzun büdcəsini açıqlamaqda çətinlik çəkirəm. Çünki bilmirəm, köhnə borclarla birlikdə səsləndirim, yoxsa cari büdcəni. Artıq “İnter”in gələn il üçün büdcəsi hansısa şəkildə müəyyənləşib. Ancaq bunun içərisində futbolçular, menecerlər, məşqçilərlə olan müqavilələri nəzərə alsaq, tam fərqli rəqəmlər alınır. Buna görə də auditin rəyi olduqca vacibdi. Bəli, indi səsləndirə bilərəm ki, “İnter”in büdcəsi 4-5 milyon manat civarındadı.
– Klubun öhdəlik götürdüyü və bu öhdəlikləri yerinə yetirmədiyi insanlarla yəqin ki, müəyyən səpkidə danışıqları olub…
– Olub, hər biri ilə danışıqlarımız olub. Biz onların hər birinə borcu tanımağa hazır olduğumuzu, lakin bunu qapatmaq üçün zamana ehtiyac duyduğumuzu bildirmişik. Bütün borclu olduğumuz insanlarla ümumi məxrəcə gəlməliyik ki, hər ay hissə-hissə ödənişlərə start verək. Çünki kiminsə borcunu ödəsək, kiməsə pul köçürməsək, bu da əlavə narazılıqlara zəmin yaradacaq.
– Mövcud devalvasiyanı, habelə perspektivə hesablanmış adıımları nəzərdən keçirdikdə, futbolçularla fyuçers müqavilələrinin imzalanması əsl məlhəm olar. Bu barədə düşünməmisiniz?
– Əla olardı. Amma bir məqam var. Futbolçuların maliyyə bilikləri yüksək səviyyədə olmalıdı. Ən azından onların agentləri bu sahəni dərindən bilməlidilər. Digər yandan, Azərbaycanda futbolçularla uzunmüddətli müqavilələrin imzalanma praktikası demək olar ki, yoxdu. Əlbəttə, gələcəkdə bu praktikaya əl atılarsa, biz risk-menecmenti mütləq nəzərə almalıyıq.
– Açıq Səhmdar Cəmiyyət (ASC) yaradılması, klubların şəffaflığa doğru iri addım atması deməkdi. Çünki belədə hər qara qəpik belə mühsaibatlıqda əksini tapmalıdı. “İnter” bu addımı atmaq niyyətində deyil?
– Bu, çox ciddi bir addımdı. Belədə, klub strukturunda ciddi dəyişikliklər baş tutacaq. “İnter” Beynəlxalq Bankın törəmə təşkilatıdı. Səhmlərinin 100 faizi də banka məxsusdu. Eyni zamanda, Müşahidə Şurasının üzvləri də ASC-nin səhmdarları tərəfindən seçilməlidi. Bununla da iş bitmir. Böhran vaxtı müəssisə və təşkilatlara, onların səhmlərinə dövlət sahib çıxır. Əlbəttə, ölkədə yaranmış iqtisadi vəziyyəti tənzimlədikdən sonra qaldırdığınız məsələ ətrafında düşünmək olar.
– “İnter”in ev oyunlarında topladığı tamaşaçı sayı utancvericidi. İrəliləyiş gözlənilirmi?
– Hazırda saytımızı yenidən qururuq. Bu yöndə işlər yekunlaşmaq üzrədi. Mart ayının əvvəlində yeni dizaynda olan saytımızın prezentasiyasını keçirəcəyik. Hər bir yenilik, görülən hər bir ən xırda iş belə mütləq cüzi də olsa, effektini verir. Tribunalara gələn hər bir insana təhlükəsizlik və rahatlıq lazımdı. Biz də bu yöndə bütün işləri görməyə çalışırıq. Havaların soyuq keçməsi də mənfi təsirini göstərir. Tədricən havanın istiləşməsi də müsbət effektini verəcək. Topaz Premyer Liqasında çıxış edən bütün komandalara stadionumuzun sxemini paylamışıq. 2-ci tribunanı qonaq komandaların azarkeşlərinin ixtiyarına vermişik. Onların stadiona girişi və çıxışı da ayrıdı. Qonaq evin bərəkətidi. Tək qonaq komandanı və fanatlarını nəzərdə tutmuram. Hər bir azarkeş bizim qonağımızdı. Onlara elə şərait yaratmalıyıq ki, yenə də stadionumuza gəlmək istəsinlər. Mənə Bilbao “Atletik”i ilə görüşdə tribunalarımızın yarımçıq dolması çox pis təsir etmişdi. Kim bilir, bir də nə vaxt bu səviyyədə komanda Bakıya gələcək!? Demirəm, futbolumuz inkişaf edir və ola bilər ki, yaxın gələcəkdə qitənin top-komandaları ölkəmizə gəlsin. Ancaq həmin mənzərəni görmək xoş deyildi. Bir sıra promo-aksiyalar təşkil etməyə çaışıacağıq. Burda söhbət maliyyə qazanmaqdan getmir. Əsas odu ki, insanlar futbola gəlsin. Qoy gəlib rəqib komandaya azarkeşlik etsinlər. Təki gəlsinlər. “Teatr asılqandan başlayır”, deyirlər. Futbol da azarkeşlərin stadiona gəlişindən başlayır.
– Uşaqlıq illərində atanızı necə xatırlayırsınız?
– Sərt, tələbkar. Məşqlərdə heç vaxt ata-oğul olduğumuz büruzə verilməzdi. Bir dəfə dərslərimdə axsama müşahidə olundu. Çağırıb yanına, izah elədi ki, təhsil özün üçündü, mənə bunun heç bir faydası dəyməyəcək. Çox nadir hallarda belə ağır söhbətlərimiz olub.
– Heç dalaşmısınız?
– Yox-yox, heç vaxt.
– Axı, bir müddət əvvəl dalaşdınız? Özü də atanıza qalib gəldiniz…
– (Gülür.) Bu, idmandı. “İnter”də mən, “Kəpəz”də isə atam çalışır.
– Oyundan əvvəl fikir mübadiləsi aparmışdınız?
– Xeyr. Onun futbol biliklərinin 10-15 faizi məndə yoxdu. Heç bir söhbətimiz olmamışdı.
– Qayıdaq bu günə. Turnir cədvəlinə baxarkən hansı hissləri keçirirsiniz?
– Bir qədər narahatam. Qışa qədərkindən daha məzmunlu futbol sərgiləyirik. Amma nəticə etibarı ilə göstəricilərimiz pisləşib. Ancaq istiqamət düzgün götürüləndə nəticə gələcək. Qış fasiləsindən sonra yalnız AZAL-la oyunumuz keyfiyyətsiz alınıb. Digər oyunlarda heç də pis təsir bağışlamamışıq.
– Zaur Svanadzenin işindən razısınız? Onunla yolunuzu növbəti mövsüm də davam etdirməyi planlaşdırırsınız?
– Çətin sualdı. Çünki söhbət tək mənim istəyimdən getmir. Klubun maliyyə vəziyyəti, hədəfləri və digər amillərin toplumu nəticəsində qərar qəbul olunacaq. Şəxsən özümə gəlincə, ondan çox razıyam. Svanadzenin məşqçi kimi işindən çox razıyam. O söz-söhbətlər ki, bu komandanı Kaxaber Sxadadze qurub boş şeylərdi. Avrokuboklara komandanı Zaur çıxarmışdı. Nə Sxadadze var idi, nə də onun qurduğu komanda. Tam fərqli heyət idi. Kim bilir, bəxtimizə “Atletik” çıxmasaydı,  haralara qədər gedə bilərdik!?
– Hansısa mövzu qalmadı deyəsən. Mətbuata münasibtinizi öyrənməklə söhbətimizə yekun vurmaq istəyərdik…
– Mətbuata açığam. Hansısa qaranlıq məsələ olanda, dəqiqləşdirmədən yazılması xoş deyil. Buyurub soruşsunlar, istənilən sualı cavablandırmağa hazıram.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Ölkə kuboku2024-04-24 16:14

“Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm