Premyer-liqa
"Qəbələ"də Antonov sevinci
“Qəbələ” Topaz Premyer Liqasının XXIV turunun “…
“Qəbələ” Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” ilə qarşılaşmasının hazrlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” ötən gün səhər növbəti hazırlığını gerçəkləşdirib.
Komanda Bakı Olimpiya Stadionunda məşq edib. Dünənki matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib. Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb. Roman Qriqorçukun yetirmələri sabah oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.
Xatırladaq ki, martın 5-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”