Dünya futbolu
Ardadan "Fənərbaxça"lılara cavab: "Bu sevgi pulla ölçülməz"
“Barselona”nın türkiyəli futbolçusu Arda Tur…
“Barselona”nın türkiyəli futbolçusu Arda Turan ölkəsinin məşhur “Hürriyət” qəzetinə geniş müsahibə verib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça”da oynamaq prespektivi haqda danışıb:
“Əvvəl “Qalatasaray”da 2.2 milyon avro alırdım. Aziz Yıldırım mənə 7 milyon avro təklif etdi. Aziz bəy dəfələrlə telefonuma zəng etdi. “Fənərbaxça”ya keçsəm, bütün hörmətimi itirərəm. Bu qədər sevgi pulla ölçülməz. Amma “Beşiktaş”a simpatiyam həmişə olub”.
O, “Barselona”dakı komanda yoldaşlarının özlərini sadə aparmaqlarından da danışıb: “Futbolçular arasında münasibətlər əladı. Hamı eqosunu üstələyib. Mən Bayrampaşanın, Neymar Brazilyanın, Messi Argentinanın kənar məhəllələrində böyüyüb. Edə biləcəyimiz ən yaxşı iş futbol oynamaqdı”.
Qeyd edək ki, Arda Turan ötən ilin yayından bəri Kataloniya klubunun şərəfini qoruyur.