Milli komanda
"Almanlara qarşı oynamaq bizim üçün Azərbaycanla matçdan asan olacaq"
Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev …
Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəkləri oyun öncəsi bir neçə gün öncə millimizlə heç-heçəyə razılşdıqları (2:2) görüşü də xatırlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Almaniya yığması görüşün favoritidir. Amma mənə elə gəlir ki, Almaniyaya qarşı oynamaq bizim üçün daha asan olacaq. Çünki bundan əvvəlki rəqibimiz – Azərbaycan yığması tam heyətlə müdafiə olunurdu. Belə müdafiəni yarmaq isə futbolda ən çətin iş hesab olunur. Fikrimcə, almanlarla oyunumuz maraqlı olacaq. Azərbaycana qalib gələ bilməməyimiz üzücü oldu. Əvvəlki oyunumuzu analiz etmişik və bir daha qeyd etmək istərdim ki, bizim standart vəziyyətlərlə bağlı problemimiz var. Belə vəziyyətlərdə çoxlu qol buraxırıq. Almaniya ilə oyuna qədər bu problemin həlli üçün çalışmışıq".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub