Ölkə futbolu
“İnter Arena”da Tofiq Bəhramov izi
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” qarşılaşmasında Tofiq Bəhramovun davamçısı peyda olub. Futbolinfo.az xəbər verir ki, qonaqların yarımmüafiə xəttində yer alan Vaqif Cavadovun cərimə zərbəsindən qapıya endirdiyi birbaşa zərbədən sonra səhnəyə laysman İsgəndər Əliyev çıxıb.
Zərbəyə reaksiya verən Kamran Ağayevin müdaxiləsindən sonra baş hakim Ömər Paşayev “davam” işarəsi versə də, Əliyev məsuliyyəti üzərinə götürdü və mərkəzi göstərərək, qolun qeydə alınmasını tələb etdi.
Qeyd edək ki, söhbət oyunda qeydə alınan ilk qoldan gedir. Hazırda isə qonaqlar 2:1 hesabı ilə üstün durumdadılar.