Bizi izləyin

Layihə

4 GÜN QALDI: “Gizlətmək planı”nın səbəbləri

Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 ya…

blank
Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşlılardan ibarət milli komandamız dünən son yoxlama görüşünü keçirib. Bakıda baş tutacaq oyunlar öncəsi yığmamız turnir iştirakçılarından biri ilə qarşılaşıb.
Bakı Olimpiya stadionunda baş tutan görüşdə qonaqlar arasında ölkəmizə gələn ilk komanda olan Ukraynanı cınağa çəkən Təbriz Həsənovun yetirmələri 1:2 hesabıyla yenilib. Start heyətində 7 milliləşdirilmiş futbolçuya güvənən baş məşqçimiz təsəlli qolunu yalnız yerli futbolçular oyuna girdikdən sonra görüb.
Oyunun qapalı keçirilməsi, jurnalistlərin, həmçinin futbol ictimaiyyətinin stadiona buraxılmaması bir yana, hətt matçın nəticəsi də gizli saxlanılır. Öz mənbələrimiz əsasında öyrəndiyimiz bu informasiyanın qismən səhv olmaq ehtimalı var. Amma buna görə oxucular bizi yox, AFFA-nı qınamalıdı.
Ümumiyyətlə, milli komandanın xalqdan gizlədilməsinin səbəbi nədi? Bunun U-17-nin çıxışına nə kimi təsiri olacaq.
Jurnalist Amal Abuşovun fikrincə, bunun konkret səbəbi var: “AFFA-nın niyyətini bilməsəydim, bu addımın rəqiblərdən gizlənməyə xidmət etdiyini düşünərdim. Amma rəqiblərdən gizlənmək istəyən komanda məntiqlə çempionatın startına 5-6 gün qalmış potensial rəqib olan Ukraynayla qarşılaşmazdı. Mətbuat bu mövzunun üzərinə getməsə də, komandanın düşərgəsində həddən artıq əcnəbi futbolçunun olması bizə məlumdu. Onların da əksəriyyəti yerlilərdən nəinki fərqlənmir, hətta geri qalırlar. Komandanın gizlədilməsinin də səbəbi budu. Gizlincə öz məkrli planlarını həyata keçirirlər”.
Həmkarımızın fukrincə, qapalı hazırlığın ümumi işə heç bir xeyri olmayacaq: “Bunun bizə heç bir faydası yoxdu. Çünki müqayisə etmək, AFFA-nın bu addımının bizə hansısa faydasının dəydiyini görmək imkanımız yoxdu. Ziyanı isə  yetərincədi. Çox da dərinə getməyəcəm. 17 yaşını tamamlamamış uşaq görəndə ki, onun illərlə çəkdiyi əziyyətin üzərində xətt çəkib, millinin formasını qeyri-azərbaycanlıya verirlər, onda futbola da, bu ölkənin bayrağına da sevgi yaratmaq, nifrətin qarşısına almaq mümkünsüzdü”.
Digər həmkarımız Əli Sahib də eyni fikirdədi. O, millinin gizlədilməsininn anormal olduğunu deyir: “AFFA-nın hansı məqsədlə belə bir qərar verdiyini bilmirəm. Bəlkə də milli komandanın Avropa çempionatında hansı taktika, hansı heyətlə oynayacağını rəqiblərdən gizlətməyə çalışırlar. Əgər bu məqsədlə ediblərsə, çox absurd qərar veriblər. Dünyanın heç bir yerində, heç bir peşəkar komanda belə addım atmır. Bütün dünyada yoxlama oyunları açıq keçirilir və rəqiblər də istədiyi zaman müşahidələr aparıb, oynayacaqları komandalar barədə məlumat toplayırlar. AFFA-da oturanların bu tip absurd qərarlarına artıq öyrəşmişik. Ona görə də təəccüblənməyə ehtiyac yoxdu”.
Əli bəy bu addımın milliyə fayda verəcəyinə də inanmır: “Bu qərarın yığmaya heç bir xeyiri olmayacaq. Əksinə, azarkeşləri, futbolçuların yaxınlarını oyuna buraxıb, milli komandanın Avropa çempionatından öncə ruh yüksəkliyini artırmaq olardı”.
Beynəlxalq dərəcəli hakim, futbol funksioneri Tahir Süleymanovun düşüncələri də maraqlıdı: “Mötəbər turnirin Azərbaycanda təşkili milli üzərində məsuliyyəti daha da artırır. Son 10 ildə dövlət tərəfindən  yaradılan şəraitə üyğun nəticə göstərilməlidir. Bu milli üzərində əlavə təzyiq yaradır. AFFA tərəfindən bu illər ərzində uşaq-gənclər futbolunun inkişafı ilə bağlı bütün layihələr fiaskoya uğrayıb. Bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, məcburiyyətdən demək olar, kütləvi milliləşdirməyə əl atıblar. Bunun da Azərbaycan futbolunun gələcəyinə heç bir faydası olmayacaq. Cavabdeh şəxslərin stressdə olmağı açıq-aşkar sezilir. Çünki nəticə göstərmək lazımdır. Milli ciddi nəticə verə bilməsə,  bu, futbolun strategiyasına, inkişafına cavabdeh şəxslər üçün bumeranq rolunu oynaya bilər. Milli turnirə lazımı səviyyədə hazır olmadığı və legionerlərin gətirilməsinə görə ictimaiyyətdən gizlədilir”.
Süleymanov bu addımın komandamıza fayda verəcəyinə inanmır: “Yoxlama görüşünün bağlı qapı arxasında keçirilməsi rəqiblərin komandamızın  taktiki gedişlərinin, müdafiə, hücum, xətlərarası əlaqələrin son variantının üzərində məşqçilərin düşüncəsi olar bilər. Turnirə sayılı günlər qalıb və rəqiblərin Azərbaycan millisinin necə oynayacağından xəbər tutmamaları üçün ola bilər. Digər tərəfdən isə qeyd etdiyim kimi, kütləvi legionerlərin cəlb olunmağından ehtiyatlanırlar. Rəsmi görüşlərdə onların faydası dəyməsə, biabırçılıq olacaq. İndidən artıq ictimaiyyətdə birmənalı fikir formalaşıb. Bu yaşda millimizə legionerlərin cəlb olunması absurddur. Qeydiyyatdan keçən 90 min futbolçudan bu yaşda 11 oyunçu tapa bilmirlərsə, bunun izahını cavdehlər verə bilməzlər. İstənilən halda, ən azı nəticəni ictimaiyyətə bildirə bilərdilər… Bütün bunlara baxmayaraq, millimizə dəstək olaraq ancaq uğurlar arzulamalıyıq”.
Tanınan futbol meneceri Erkin İbrahimov da vəziyyətin anlaşılmaz olduğunu düşünür: "Bunu anlamaq çətindir. Bir tərəfdən deyirlər ki, bu, millətin komandasıdı, gəlin, ona dəstək olun. Yaxşı, millətin komandadısıdı, millət nəyə görə gəlib ona baxa bilmir? Bu cür praktika dünya və Avropa çempionatlarda olur. Braziliya və ya Almaniya milli komandaları qapalı şəraitdə hazırlaşırlar ki, jurnalistlər müəyyən taktiki sirrləri öyrənə bilməsinlər.
Təbii ki, bilmədiyimiz məqamlar var. Misal üçün, ola bilsin milliləşdirilmış oyunçuların sayı çoxdu və bu xoşagəlməz fakt artıq mətbuat tərəfindən qabardılıb. Ukrayna ilə oyun nəyə görə gizli şəkildə keçirilməlidi ki? Onu da gördük ki Ukrayna millisinin baş məşqçisi elə aeroportda oyun barədə sualdan qaçıb. Deməli, nəsə var".
İbrahimov bunun nilliyə fayda verəcəyini də düşünmür: "17-lərin çempionatı elədi ki, burda hansısa taktiki sirrlərdən söhbət gedə bilməz. Ajiotaj da o qədər böyük deyil. Mənə elə gəlir qapalı şərait gənc futbolçular üçün yaxşı deyil. Elə son mundial da onu göstərdi, kim ki ictimaiyyətdən qaçır, yaxşı çıxış edə bilmir. Misal üçün, Rusiya millisinin zəif çıxışının səbəblərindən biri kimi mətbuat məhz qapalı rejimi göstərib. 
Bir sözlə, belə bir durumun heç bir faydası yoxdur. Bu yaşda futbolçuları çərçivələrə sıxmaq olmaz, əksinə, hazırlığı elə qurmaq lazımdı ki, yeniyetmələrimiz üzərində basqı, stress hiss etməsin".
AĞA
Reklam

Reklam


blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Premyer-liqa2024-05-06 19:02

“Səbail” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm