Ölkə futbolu
Kosovo düyünü: “Öhdəliyi yerinə yetirməliyik”
Kosovonun UEFA-ya üzv seçilməsi AFFA-nın işinə yaramay…
Kosovonun UEFA-ya üzv seçilməsi AFFA-nın işinə yaramayıb. Səbəb Azərbaycanın dövlət səviyyəsində Kosovonu tanımamasıdı.
Bəs, sabah hansısa yığma və ya klub səviyyəsində UEFA-nın bayrağı altında keçirilən yarışda Kosovo təmsilçisi ilə üz-üzə gəlsək, necə olacaq? Axı, belədə, Azərbaycanda tanımadığımız dövlətin bayrağı ucaldılmalı, himni səsləndirilməlidi.
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın hüquqşünası Rəmiş Malıyevə müraciət etdik. Futbolinfo.az saytına verdiyi açıqlamada o, məsələyə tam aydınlıq gətirdi.
Malıyev cavabına Azərbaycanla Kosovonun 21 yaşlılardan ibarət yığmalar səviyyəsində Türkiyədə baş tutmalı oyunundan başladı: “Bir neçə ay əvvəl Türkiyədə beynəlxalq turnirin son turunda Kosovo yığmasının 21 yaşlıları ilə oyuna çıxmaqdan imtina etdik. Bəli, həmin matç lokal xarakter daşıyırdı və eyni zamanda həmin vaxt Kosovo UEFA tərəfindən tanınmamışdı. İndi isə biz öhdəliyi yerinə yetirməliyik. Çünki UEFA beynəlxalq qurumdu və AFFA bu təşkilatın üzvü olaraq, onun qaydalarına riayət etməlidi. Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycanla Kosovo arasında Ermənistanla olduğu kimi konflikt yoxdu. Doğrudu, bəzi məqamlar var ki, beynəlxalq futbol qurumları nəzərə alır. Ola bilər ki, püşkatma zamanı Kosovonu dövlət səviyyəsində tanımamağımızı nəzərə alıb, bizimlə fərqli səbətlərdə yerləşdirələr. Ancaq bu ölkənin yığmaları və ya klubları ilə qarşılaşmalı olsaq, bu, qaçılmaz olacaq”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO