Bizi izləyin

Müsahibə

Emin Cəfərquliyev: “Hamı məni yaddan çıxarmışdı”

AZAL-ın müdafiəçisi Emin Cəfərquliyevin futbolinfo.az …

blank
AZAL-ın müdafiəçisi Emin Cəfərquliyevin futbolinfo.az saytına müsahibəsi: 
– İlk olaraq, 32-ci turda “Xəzər Ləmkəran”la matç barədə fikirlərini bilmək maraqlı olardı…
– Matça ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Əvvəlki matçda gözlənilmədən “Rəvan”a məğlub olmuşduq. Bu da öz səhvimizə görə idi. Matça düzgün köklənə bilməmişdik. “Xəzər Lənkəran”la matçın ilk 10 dəqiqəsində eyni aqibəti yaşadıq. Amma buna baxmayaraq, toparlanıb, lazım olan 3 xalı qazandıq.
– “Rəvan” və “Xəzər Lənkəran”la matçda arxayınlıq var idi?
– Arxayınlıq deməzdim. Mövsümün sonuna yaxınlaşırıq. Yoğrunluq sözünü deyir. Daim eyni heyətlə oynayırıq. Dəyişikliklər edə bilmirik. Futbolçularmızın çoxu gəncdi, birdən-birə bu qədər oyun da keçirməyiblər. Avroliqaya vəsiqə qazanmaq şansımız var, bu da oyunçularımıza psixoloji cəhətdən təsir edir. Amma əsas olan qələbədi, onu da qazandıq. Bir müddətdən sonra sərgilənən oyun yaddan çıxacaq, tarixdə hesab qalacaq. 
– Qarşılaşmalarda çox aqressiv görünürsən. Bu, nədən irəli gəlir?
– Oyunda belə şeylər olur. Düzdü, özüm hiss etməmişəm. Bunu deyən ilk adam deyilsən. Çalışıram ki, komandaya maksimum fayda verim, bəlkə də bundan irəli gəlir. Nəzərə alaram, bundan sonra səbrli görünməyə çalışacam.
– 2013-cü ildə “Sumqayıt”dan ayrıldıqdan sonra stabil oynamırdın. Bu mənada AZAL-ı karyeranın dönüş nöqtəsi adlandırmaq olarmı?
– 100 faiz elədi. “Sumqayıt”dan ayrıldıqdan sonra AZAL-a gəlmişdim. Daha sonra “Araz Naxçıvan"da çıxış edirdim və daim start heyətində yer alırdım. Sonradan klub dağıldı, formadan düşməmək üçün bir müddət “Şuşa”da məşq etdim. İndiki vəziyyətimə görə Tərlan müəllimə borcluyam. Bəlkə də bu, mənim son şansım idi, istifadə edə bildim. Bunu bacarmasaydım, hər şeyin sonu ola bilərdi. Belə məşqçi və futbolçularla işlədiyimə görə sevinirəm. Əl-ələ verib, bir ailə kimi uğur qazanırıq. 
– AZAL-a keçidin alınmasaydı, karyeranı 25 yaşında başa vuracaqdın…
– Bəli, bunu gizlətməyə dəyməz. Tərlan müəllim sağ olsun, mənə inanıb, güvəndi. Neçə ay futbolsuz qalmışdım, “Şuşa”da 2 ay məşq etdikdən sonra bir müddət fərdi çalışmalara üstünlük verirdim. 
– Növbəti turda “Neftçi” ilə vacib matçınız var. Hazırlıqlarınız necə gedir, əsas məqsədiniz nədi?
– Həddindən artıq çətin matç olacaq. Matçda qazanılacaq xallar qızıla bərabərdi. Hazırda “Neftçi”dən 5 xal irəlidəyik. Qarşıda hələ 3 tur da var, çox şey dəyişə bilər. “Barselona” kimi komanda 11 xallıq fərqi əldən verib. Biz də “Neftçi” ilə matçda maksimum nəticə qazanmalıyıq ki, şanslarımızı qoruyaq. “Neftçi” futbolumuzun flaqmanıdı, sıradan bir komanda deyil. Baxmayaraq ki, bəzən çətinliklər yaşayırlar, amma “Neftçi” həmişə elə “Neftçi”di. Rəqibə çox böyük hörmətimiz var. 
– Avrokuboklara çox yaxınsınız, qitə miqyaslı yarışda AZAL-dan nə gözləmək olar?
– Bunu gələcək göstərəcək. İlk növbədə vəsiqə qazanmaq lazımdı, sonra bu haqda düşünməliyik. Məncə, vəsiqə qazansaq, komandada dəyişikliklər olacaq. Qalıb-qalmayacağım bilinmir. Eləcə də hansı heyətlə hazırlaşacaqlar, məlum deyil. Bu kimi məsələləri baş məşqçi, klub rəhbərliyi bilər. İndi əsas məqsədimiz bu vəsiqəni qazanmaqdı. 
– Müqavilənin müddəti mövsüm sonunda başa çatacaq, komandada gələcək prespektivini necə görürsən?
– Tərlan müəllimin üzə çıxardığı bir futbolçuyam. Hamı məni yaddan çıxarmışdı, silmişdi. Obrazlı şəkildə desək, Tərlan müəllim məni rəndələyib, ortaya belə bir material çıxardı. Nə olubsa, hamısı onun, kapitanımızın zəhmətinin sayəsindədi. Onlar bizə yol göstərib, başa salıb. İlk olaraq, Tərlan müəllimlə danışacam. Başqa klublar 2-ci plandadı.
– Komandada maliyyə vəziyyəti nə yerdədi? Məvacibinizi vaxtında ala bilirsinizmi?
– Bunu gizlətməyə dəyməz, 500 manat alırıq. Əvvəldən razılaşmışıq və bu məbləğə də oynayırıq. Gecikmələr hər klubda olur, bizdə də həmçinin. AZAL-da kiminsə 1 manatının batacağına belə inanmıram. İmkan olduqca, pullar verilir. Elə də çox gecikmələr olmur. 
– Sol cinah müdafiəçisisən. Məlum məsələdi, Azərbaycan millisində də həmişə bu mövqedə oyunçu qıtlığı olub. Robert Prosineçkidən dəvət gözləyirsənmi?
– Səmimi deyim, artıq dəvət gözləyirəm. Cari mövsümdə 30 oyun keçirmişəm. Millidəki futbolçulara da hörmətlə yanaşıram. Fərqi yoxdu, başqa mövqelərdə də çıxış etməyə hazıram. Məqşçi harda məsləhət bilsə, orada da oynaya bilərəm. Özümə inanıram, inanmasam, futbol oynamasam, daha yaxşıdı. Dəvət gəlsə, məmnuniyyətlə yığmanın formasını geyinməyə hazıram. Dəvət olunmasam, bu, yenə də çıxışıma təsir göstərməyəcək. Məqsədlərim var, qarşıma hədəflər qoymuşam ki, onlara nail olum. Hədəflər olmasa, futbolçu heç bir uğur qazana bilməz. Təkcə bu günlə yaşamağa dəyməz. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm