Milli komanda
Yığmamızın rəqibləri bəlli olur
Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çemp…
Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Kolumbiyanın Medelyin şəhərindəki tədbir yerli vaxtla mayın 19-da saat 18:00-da başlayacaq.
Azərbaycanla Cənubi Amerika arasında 9 saatlıq fərq olduğundan tədbir Bakı vaxtı ilə mayın 20-də saat 03:00-da start götürəcək. Tədbir “Plaza Mayor Conference Centre”də keçiriləcək.
Püşkatmada tarixində ilk dəfə mundiala qatılacaq Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Qeyd edək ki, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində keçiriləcək çempionatda 24 komanda mübarizə aparacaq. Onlar qrup mərhələsində 6 “dördlüy”ə bölünəcək. Millimiz püşkatmada sonuncu səbətdə qərarlaşacaq.