Dünya futbolu
Edin Cekoya Türkiyədən təklif
Geridə qalan mövsüm Türkiyə kubokunu başı üzə…
Geridə qalan mövsüm Türkiyə kubokunu başı üzərinə qaldıran "Qalatasaray" heyəti gücləndirmək üçün planlar qurur. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" "Roma"nın hücumçusu Edin Cekoya "elçi düşüb".
İtaliya mətbuatının yazdığına görə, İstanbul təmsilçisi keçidi həll etmək üçün qarşı tərəfə təklif də göndərib. İtaliyalıların 30 yaşlı forvard üçün 15 milyon avro istəməsi "Cim-Bom"un işini çətinə salıb. Türkiyə təmsilçisi hazırda bosniya və herseqovinalı futbolçunu "1+1" şərti ilə icarəyə götürmək üçün danışıqlar aparır.
Qeyd edək ki, Ceko ötən mövsüm romalıların heyətində 31 çempionat matçına çıxıb və 8 qol vurub.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”