Ölkə futbolu
"Qəbələ" "Dila"ya qarşı hansı heyətlə oynayıb?
Xəbər verdiyimiz kimi, iyunun 16-dan Gürcüstanda təlim-m?…
Xəbər verdiyimiz kimi, iyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin “Dila” klubu olub.
“Qırmızı-qaralar” Gürcüstan çempionatının bürünc mükafatçısı ilə qarşılaşmanı aşağıdakı heyətlə keçirib: Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Hasanov), Rəşad Eyyubov (Yusif Dilanov), Roman Hüseynov.
Komandaların səylərinə baxmayaraq ilk yarıda hesab açılmayıb. Baş məşqçi Roman Qriqorçukun oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. “Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Eyyubov “qırmızı-qaralar”ı hesabda önə çıxarıb. "Qəbələ"nin fərqi artırması üçün 3 dəqiqə lazım gəlib. Hasanov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb – 2:0. Bu, matçda son qol olub.
Beləliklə, Gürcüstan toplanışında ilk oyununda “Dila”nı sınağa çəkən “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komanda iyunun 22-də Gürcüstanın digər klubu “Sioni” ilə üz-üzə gələcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO