Dünya futbolu
Messi üsyan etdi: Bizim federasiya fəlakətdi!
Amerika Kubokunun 100 illiyi münasibətilə xüsusi təşkil …
Amerika Kubokunun 100 illiyi münasibətilə xüsusi təşkil olunan turnirin finalında Çili ilə qarşılaşacaq Argentina millisi xoşagəlməz halla üzləşib. Futbolinfo.az xəbər verir ki, Hyustondan finalın oynanacağı Nyu Cersiyə uçmağa çalışan milli komandanın təyyarəsi gecikməyə məruz qalıb.
Bu hala ən çox əsəbləşən isə Lionel Messi olub. Komanda yoldaşı Serxio Aquero ilə birlikdə fotosunu sosial şəbəkədə paylaşan “Barselona”nın ulduzu belə yazıb: “Biz yenə təyyarə gözləyirik. Argentina Futbol Federasiyası fəlakətdi”.
Yerli federasiya isə özünü müdafiə edərək bu səfərlərə turnirin təşkilat komitəsinin nəzarət etdiyini deyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”