Ölkə futbolu
"Lill" – "Qəbələ" matçında polşalı hakimlər
Avropa Liqasının üçüncü təsnifat mərhələsi…
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, UEFA bu qarşılaşmanın Polşadan olan hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq. Ona yan xətt hakimləri Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin həyata keçirəcək.
Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındakı ilk oyun iyulun 28-də səfərdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra – avqustun 4-də Bakıda baş tutacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub