Ölkə futbolu
“Qarabağ” ilkə imza atdı
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mə…
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər oyununda uduzmayan ilk Azərbaycan klubu olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Çexiyada yerli “Viktoriya” ilə qolsuz heç-heçə edən ağdamlılar özünün 3-cü, təmsilçilərimizin 5-ci cəhdində bunu reallaşdırıb.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində rəqib meydanına çıxan komandalarımız qol vurmadan məğlub olublar. 2009-cu ildə “Bakı” Bolqarıstanda “Levski”dən 2, 2012-ci ildə “Neftçi” İsraildə Kiryat-Şmona “Hapoel”indən 4 cavabsız qol buraxmışdı.
Bu uğursuz ənənəni son 2 ildə davam etdirən isə “Qarabağ” olub. 2014-cü ildə Avstriyada “Zalsburq”dan 2, 2015-ci ildə Şotlandiyada “Seltik”dən 1 cavabsız qol buraxan “Qarabağ” mərhələni keçə bilməməyə görə səfər yenilgisinə təəssüflənmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”