Ölkə futbolu
Mövsümün antirekordu
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Vik…
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə Çexiyada keçirilən ilk qarşılaşması mövsümün antorekordu ilə əlamətdar olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, 2016/17 mövsümündə ilk dəfə Azərbaycan klubu avrokubok matçını çərçivəyə zərbə vurmadan bitirib.
Belə ki, “Qarabağ” 90 dəqiqə ərzində Plzen təmsilçisinin qapısını dəqiq nişan ala bilməyib. 15 dəqiqə azlıqda da qalan rəqiblə matçadək təmsilçilərimiz belə uğursuzluq yaşamamışdı. Mövsümün əvvəlki 14 görüşündə klublarımız ən azı 2 dəfə çərçivəyə düşmüşdü.
Bunadək antirekord iki matça təsadüf etmişdi. “Daçiya” – “Kəpəz” və “Qarabağ” – “Düdelanj” qarşılaşmalarında təmsilçilərimiz 2 zərbəylə kifayətlənmişdi.
Qeyd edək ki, mövsümün rekordu “Samtredia” ilə ev oyununda 8 dəfə dəqiq zərbə vurub, bunun 5-də qola sevinən “Qəbələ”yə məxsusdu.
8 zərbə
“Qəbələ” – “Samtredia” – 5:1
5 zərbə
MTK – “Qəbələ” – 1:2
4 zərbə
“Baltsan” – “Neftçi” – 0:2
“Neftçi” – “Baltsan” – 1:2
“Kəpəz” – “Admira” – 0:2
“Düdelanj” – “Qarabağ” – 1:1
“Qəbələ” – MTK – 2:0
“Şkendiya” – “Neftçi” – 1:0
3 zərbə
“Kəpəz” – “Daçiya” – 0:0
“Samtredia” – “Qəbələ” – 2:1
“Admira” – “Kəpəz” – 1:0
“Neftçi” – “Şkendiya” – 0:0
2 zərbə
“Daçiya” – “Kəpəz” – 0:1
“Qarabağ” – “Düdelanj” – 2:0
0 zərbə
“Viktoriya” – “Qarabağ” – 0:0
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək