Dünya futbolu
"Fənərbaxça" ÇL-də yenə uğursuzluqla üzləşdi
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirlib. Futbolinfo.az xəbər verir ki, bu gecə baş tutan növbəti 10 qarşılaşmada pley-offa yüksələn komandaların adlarına aydınlıq gəlib.
Səfərdə "Astana" ilə bərabərliyə razılaşan "Seltik" öz meydanında son dəqiqədə vurduğu penalti qolu ilə mərhələni keçməyi bacarıb.
"Yanq Boys" – "Şaxtyor" oyununun taleyinə isə penaltilərdə aydınlıq gəlib. İlk oyunda 2:0 hesablı qələbə qazanan Ukrayna təmsilçisi cavab matçında eyni hesabla uduzaraq matçı əlavə vaxta aparıb. 30 dəqiqə ərzində də hesab açılmayınca pley-offa yüksələn komandanı müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Bu zaman daha dəqiq oynayan meydan sahibləri qələbəyə seviniblər.
Gecənin ən maraqla gözlənilən oyunu “Monako” – “Fənərbaxça” matçı olub. Öz meydanında 2:1 hesablı qələbə qazanan “sarı-lacivərtlilər” səfərdə də sərfəli nəticə əldə edərək uzun müddətdi davam edən Çempionlar Liqası həsrətinə son qoymaq üçün önəmli addım atmağı planlaşdırırdı. Ancaq Fransa təmsilçisi türkləri bu arzusunu ən az bir illik təxirə salmağa məcbur edib. 3:1 hesablı qələbə qazanan knyazlıq klubu pley-offa yüksələn tərəf olub.
UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsinin cavab oyunları
3 avqust
“Kopenhagen” (Danimarka) – “Astra” (Rumıniya) – 3:0 (İlk oyun – 1:1)
Qollar: Kornelius, 14, 45+2, Santander, 34.
“Styaua” (Rumıniya) – “Sparta” (Çexiya) – 2:0 (İlk oyun – 1:1)
Qollar: Stançiu, 31, 62.
“Hapoel” (Beyer-Şeva, İsrail) – “Olimpiakos” (Yunanıstan) – 1:0 (İlk oyun – 0:0)
Qol: Tzedek, 79.
“Yanq Boyz” (İsveçrə) – “Şaxtyor” (Ukrayna) – 2:0 (pen: 4:2) (İlk oyun – 0:2)
Qollar: Kubo, 54, 60.
“Zalsburq” (Avstriya) – “Partizani” (Albaniya) – 2:0 (İlk oyun – 1:0)
Qollar: Soryana, 76, Vanderson, 81.
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 1:2 (İlk oyun – 1:1)
Qollar: Atanasiadis, 4 – Klaasen, 45+1, 88.
“Anderlext” (Belçika) – “Rostov” (Rusiya) – 0:2 (İlk oyun – 2:2)
Qollar: Noboa, 28, Azmun, 47
“Legiya” (Polşa) – “Trençin” (Slovakiya) – 0:0 (İlk oyun – 1:0)
“Monako” (Fransa) – “Fənərbaxça” (Türkiyə) – 3:1 (İlk oyun – 1:2)
Qollar: Cermeyn, 3, 65, Falkao, 19 (pen.) – Emenike, 54.
“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan) – 2:1 (İlk oyun – 1:1)
Qollar: Qriffit, 45+3, Dembele, 90+1 (pen.) – İbraimi, 62.