Dünya futbolu
ÇL-in pley-offunda kimlər qarşılaşacaq?
Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin p&uu…
Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçiriləcək. Futbolinfo.az xəbər verir ki, qrupa 10 vəsiqə üçün 20 iddiaçının rəqibi bəlli olacaq.
Bu 20 komanda artıq səbətlərə bölünüb. Çempionlar yolunda çıxış edən 10 komanda reytinqinə əsasən iki yerə ayrılıb.
Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiya “Viktoriya”sı bu 10 klub arasında ən yüksək reytinqli olduğundan səpələnmişlər sırasındadı. Mərhələni “Qarabağ” keçsəydi, reytinqinə görə 8-ci olduğundan səpələnməmişlərdən olacaqdı. Bu isə o deməkdi ki, Azərbaycan çempionu üstünlüyünü sonadək qoruya bilsəydi, güclü rəqiblə düşəcəkdi. Amma “Viktoriya”nı asan rəqiblər gözləyir.
Öz ölkəsinin çempionu olmayanların çıxış etdiyi Liqa yolunda isə 5 komanda mübarizəyə yeni qoşulur. Bunlar “Mançester Siti” (İngiltərə), “Porto” (Portuqaliya), “Vilyarreal” (İspaniya), “Borussiya” (M, Almaniya) və “Roma” (İtaliya) klublarıdı.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Pley-offun görüşləri isə avqustun 16-17 və 23-24-də baş tutacaq.
UEFA Çempionlar Liqası
Çempionlar yolu
Səpələnmişlər
“Viktoriya” (Çexiya), “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), “Legiya” (Polşa)
Səpələnməmişlər
“Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Hapoel” (Beyer-Şeva, İsrail), “Dandalk” (İrlandiya)
Liqa yolu
Səpələnmişlər
“Mançester Siti” (İngiltərə), “Porto” (Portuqaliya), “Vilyarreal” (İspaniya), “Ayaks” (Hollandiya), “Borussiya” (M, Almaniya)
Səpələnməmişlər
“Roma” (İtaliya), “Styaua” (Rumıniya), “Monako” (Fransa), “Yanq Boyz” (İsveçrə), “Rostov” (Rusiya)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi