Ölkə futbolu
“Qarabağ”la “Qəbələ”nin altı potensial rəqibi bilindi
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü…
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edəcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin də rəqibləri bəlli olacaq.
Artıq təmsilçilərimizin potensial rəqiblərinin siyahısı müəyyənləşib.
Səpələnmişlər sırasında olan “Qarabağ” “Şkendiya” (Makedoniya), “İstanbul Başakşehirspor” (Türkiyə), “Göteborq” (İsveç), “Srvena Zvezda” (Serbiya), “Hayduk” (Xorvatiya), “Sonderyuske” (Danimarka) ilə qarşılaşa bilər.
“Qəbələ” isə “Anderlext” (Belçika), “Vest Hem” (İngiltərə), “Krasnodar” (Rusiya), “Maribor” (Sloveniya), “Fənərbaxça” (Türkiyə), “Panatinaikos”la (Yunanıstan) qarşılaşa bilər.
Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”