Bizi izləyin

Premyer-liqa

Zirədə 74 damğası: “uçan holland”dan 3 xallıq atış – FOTOLAR

“Zirə”ni asıb-kəsməyə tələsməyək. İlk tur, hava …

blank

“Zirə”ni asıb-kəsməyə tələsməyək. İlk tur, hava bürkü, oksigen çatışmazlığı, oturuşmamış kollektiv – bütün bunlar dünən keçirilən “Sumqayıt”la qarşılaşmaya damğa vuran amillər idi. Hərçənd, oyunun əvvəlində meydan sahibləri ötənilki komandaya bənzəmirdi.

Orxan Məmmədovun start fitiylə irəli atılan Adil Şükürovun yetirmələri artıq 5-ci dəqiqədə hesabı açmağa yaxın idilər. Təmkin Xəlilzadə cərimə meydançasına sol cinahla daxil olub, uzaq dirəyə tərəf ötürmə etdi. Nurlan Novruzov ötürməyə yarım addım gecikməsəydi, yerli fanatlar erkən qola sevinəcəkdilər.

İlk 20 dəqiqə “Zirə”nin aşkar ərazi üstünlüyü şəraitində keçdi. Lakin belə havada meydan sahiblərinin təklif elədiyi tempə sonadək dözəcəkləri inandırıcı görünmürdü. “Sumqayıt”a gəlincə, xətlərarası əlaqənin ciddi şəkildə axsadığı hiss olunurdu. Qonaqlarda aşıb-daşan yeganə məqam isə istəkli olmaları idi. Komandaya cəlb olunan təcrübəli Rail Məlikov müdafiə xəttində “Mətanət-A” sementindən istifadə etdiyini göstərirdi. İnsafən, Fərhad Vəliyev də uzun illər oyun praktikasından korluq çəkdiyini hiss etdirmirdi. Hərçənd, deyəsən, bu qapıçının alın yazısı ehtiyatda qalmaqdı. Çünki yaxın günlərdə Kamran Ağayevin “Sumqayıt”a keçəcəyi gözlənilir və belədə, millinin əsas qolkiperinin “papağını günə verəcəyi” inandırıcı deyil.

İlk yarının 2/3 hissəsi arxada qaldığı dəqiqədə Orxan Məmmədov su fasiləsi elan etdi. Görünür, qəsəbəlilər bu imkandan dozadan artıq istfadə etdilər. Hər halda, son 15 dəqiqədə “Zirə” özünü dincə qoydu. Qonaqların heyətində liderliyi üzərinə götürəcəyi gözlənilən Vaqif Cavadov ən çox top itkisi edən futbolçu oldu. Ancaq söhbət ilk yarıdan gedir. Çünki fasilədən sonra Cavadov xeyli fəallaşdı.

İkinci hissə haqda ilk 45 dəqiqə kimi pozitiv fikirlər irəli sürmək olmur. Hava şəraiti futboçuların tükənməsini şərtləndirmişdi. Ancaq Cavadov sanki cibində oksigen balonu ilə meydanda işləyirdi. Ancaq ona bu imkanı yaradan Yusif Nəbiyevi qeyd etməmək ədalətsizlik olar. Çox, lap çox epizodda 19 yaşlı müdafiəçi hücuma dəstək olmaqla, “Zirə”nin futbolçularının diqqətini üzərinə çəkirdi. Nəticədə, Cavadov üçün boş zona açılırdı.

“Zirə”nin yeni transferləri barədə ilk oyuna görə fikir bildirmək tezdi. Bu üzdən də Şükürovun yaradıcılığına mənfi rəy bildirməyə tələsməyək. Gördüklərimiz müsbət heç nə deməyə əsas vermədiyi üçün hələlik səbr əyləcini basmağı qərara alırıq.

Qonaqların fasilədən sol cinahdakı fəallığı 74-cü dəqiqədə 74 nömrəli maykanın sahibi sayəsində bəhrəsini verdi… Yusif Nəbiyev rəqibindən sıyrılaraq, Vaqif Cavadovu zərbə mövqeyinə çıxardı və Hollandiya “Tvente”sinin sabiq oyunçusu möhtəşəm zərbəylə Anar Nəzirovu kapitulyasiyaya məcbur etdi.

Qoldan sonrakı dəqiqələr gərgin anlara səhnə oldu. Fnal fitinə 10 dəqiqə qalmış baş hakim də “payını aldı”. Amil Yunanova sarı vərəqə göstərdiyi epizodda Orxan Məmmədovun ünvanına “bu, katastrofadı (faciədi)” ifadəsi işlədən qonaqların çalışdırıcısı emosiyalarını cilovlaya bilmədi.

Matç başa çatır. Qonaqların sevincinin həddi-hüdudu yoxdu. Daim çempionatda uğursuz start götürən “Gənclik şəhəri” təmsilçisi bu dəfə Zirə səfərindən maksimal baqajla qayıdır. Qarşıdan isə Abasovun yetirmələrini daha ciddi sınaq gözləyir: son 3 ilin əvəzsiz çempionunun timsalında. Həmin oyunda onlar "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun qanını yenidən qaraltmağa çalışacaqlar. Çünki "Zirə"nin qeyri-rəsmi idarəçisi Ağdam klubunun məşqini buraxıb bu oyuna qələbəni qeyd etməyə gəlmişdi. Qismət olmadı…

CEYHUN ƏLİYEV

blank

 

blank

blank

blank

blank

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm